Azərbaycan Uşaqlar Birliyi “15 günlük atılan” uşağın anasına dəstək oldu
Mətbuat və ictimaiyyətin müzakirəsinə çevrilmiş “15 günlük atılan” uşağın anasının Azərbaycan Uşaqlar Birliyinə müraciəti əsasında dünən Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə və Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinin rəhbəri Vasif Akifli Qubaya gedib. Olaylar.az - a bu barədə açıqlama verən Vasif Akifli bildirib ki, əslində məsələ heç də sosil şəbəkələrdə və xəbər saytlarında yazıldığı kimi deyil. "15 günlük körpənin anası haqqında yazılan və deyilənlər yalandır. Ana övladını nə atmaq, nə boğaraq öldürmək, nə də kiməsə vermək istəməyib,istəmirdə.
23 Dekabr 2017 16:04 SosialMətbuat və ictimaiyyətin müzakirəsinə çevirilmiş "15 günlük atılan" uşağın anasının Azərbaycan Uşaqlar Birliyinə müraciəti əsasında dünən Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə və Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinin rəhbəri Vasif Akifli Qubaya gedib.
Olaylar.az - a bu barədə açıqlama verən Vasif Akifli bildirib ki, əslində məsələ heç də sosil şəbəkələrdə və xəbər saytlarında yazıldığı kimi deyil. "15 günlük körpənin anası haqqında yazılan və deyilənlər yalandır. Ana övladını nə atmaq, nə boğaraq öldürmək, nə də kiməsə vermək istəməyib,istəmirdə.
Ana ilə görüşdük. Hadisə ilə bağlı ana ilə bərabər Quba RPŞ-nə müraciət etdik. İlk olaraq Quba RPŞ-nin rəhbəriliyinin göstərişi ilə ananının itirilmiş şəxssiyət vəsiqəsi yenisi ilə təmin edildi. Uşaq saxlanılması üçün verildiyi dayədən gətirlib, müayinə və müalicə üçün Quba mərkəzi xəstəxanasına yönləndirilib. Uşağın səhətində olan problemlərə görə orda saxlanılması və mülaicə alınması üçün tədbirlər görüldü."
Vasif Akifli açıqlamasında onu da qeyd etdi ki, müayinə və müalicə müddəti başa çatdıqdan sonra ana övladı ilə birlikdə rəsmi olaraq Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinə yerləşdirləcək. Onlar hüququi və psixoloji reblitasiyaya cəlb ediləcəklər
Ötən gün müraciətimizi qəbul edib operativ və oyektiv şəkildə reaksiya verən,vətəndaşın adına və həyatına qarşı başladılmış bu yalnış hərəkətlərin qarşının alınmasında bütün səylərini nümayiş etdirən Quba RPŞ nin rəisi polis polkovniki Süleyman Neymətov başda olmaqla bütün hüquq mühafizə orqanları əməkdaşlarına öz təşəkkürümüzü bildiririk."
Qeyd edə ki, ana qeyri rəsmi nigahdan uşaq dünyaya gətirdiyinə görə öz ailəsi tərfindən qəbul edilməyib. Bu səbəbdən ana və uşaq 24 saat təhlükəsiz sığınacaqla təmin ediləcəklər.