42 yaşlı qadın 14 il hamilə qaldı
Qüdsdə yaşayan İsrailli bir qadın 20 uşaq dünyaya gətirib. Mütəxəssislər 42 yaşlı qadının həyatının 14 ilini hamilə olaraq keçirdiyini deyiblər. İsrail mediasının yaydığı məlumata görə qadın üçün uşaq dünyaya gətirmək artıq normal hal alıb.
23 Dekabr 2017 15:41 DünyaQüdsdə yaşayan İsrailli bir qadın 20 uşaq dünyaya gətirib.
Mütəxəssislər 42 yaşlı qadının həyatının 14 ilini hamilə olaraq keçirdiyini deyiblər. İsrail mediasının yaydığı məlumata görə qadın üçün uşaq dünyaya gətirmək artıq normal hal alıb.
Qüdsün Mea Şearim şəhərində yaşayan qadın nəvələrinin sayı haqda məlumat vermək istəməyib. Genekoloq Aliza Altmark doğuş zamanı qadının özünü çox sakit və rahat hiss etdiyini, lakin uşağı qucağına verilən zaman həyəcanlandığını bildirib.
Xəstəxananın başqa bir genekoloqu Simça Yagel İsraildə 20 uşaq sahibi sadəcə bir qadının ola biləcəyini söyləyib.
A24.az