Antonio Banderas qocalıb tanınmaz hala düşdü
Dünya şöhrətli aktyor Antonio Banderasın son halı hər kəsi təəccübləndirib. Aktyor dünən xanımı Nikole Kimpellə birlikdə İspaniyanın Malaqa şəhərindəki geyim mağazasının açılışında iştirak edib. Ciddi və klassik kostyumu beysbol kepkası ilə birləşdirən 57 yaşlı kino ulduzunun görüntüsü bəzi fanatlarını narahat edib. İki dəfə infarkt keçirən Banderesın arıqlaması, həmçinin qaşları və saçları tökülməsi gözdən yayınmayıb.
24 Dekabr 2017 09:12 DünyaDünya şöhrətli aktyor Antonio Banderasın son halı hər kəsi təəccübləndirib. Aktyor dünən xanımı Nikole Kimpellə birlikdə İspaniyanın Malaqa şəhərindəki geyim mağazasının açılışında iştirak edib. Ciddi və klassik kostyumu beysbol kepkası ilə birləşdirən 57 yaşlı kino ulduzunun görüntüsü bəzi fanatlarını narahat edib. İki dəfə infarkt keçirən Banderesın arıqlaması, həmçinin qaşları və saçları tökülməsi gözdən yayınmayıb.
Bəzi iddialara görə, Antonio Banderas "Genius" adlı serialın çəkilişlərinə hazırlaşır. Ehtimal olunur ki, Pablo Pikassonu canlandıran ulduz rəssamın qocalıq dövrünə bənzəmək üçün qaşlarını və saçlarını qırxdırıb. Publika.az