26 iranlı məhbus ekstradisiya edildi
26 iranlı məhbus Azərbaycandan ekstradisiya olunub. Bunu İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali məhbusların təhvil verilməsi prosesinin Astara sərhəd-keçid məntəqəsində baş tutduğunu bildirib.
23 Dekabr 2017 15:16 Dünya26 iranlı məhbus Azərbaycandan ekstradisiya olunub. Bunu İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali məhbusların təhvil verilməsi prosesinin Astara sərhəd-keçid məntəqəsində baş tutduğunu bildirib.
Baş konsul qeyd edib ki, 1999-cu ildə iki ölkə arasında məhkumların ekstradisiya haqqında sazişin imzalanmasından etibarən Azərbaycandan İrana 24 dəfə ekstradisiya həyata keçirilib, ümumilikdə isə 500 iranlı məhbus vətənlərinə təhvil verilib. Onların əksəriyyəti narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31