34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı olub
34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.
22 Dekabr 2017 22:45 Mədəniyyət34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.
Açılışda çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov musiqi məktəbində yaradılan şəraitin rayon ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib. Bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib.
Daha sonra nazir Əbülfəs Qarayev məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib, qonaqlar məktəb binasında yaradılan şəraitlə tanış olublar.
Məktəbdə 16 ixtisas üzrə 300 - ə yaxın şagird təhsil alır. 4 şöbə fəaliyyət göstərir və 77 müəllim çalışır.
Nigar Nigar "Olaylar" 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.