İngilis xanım itlərinə 3 min dollarlıq Yeni il hədiyyəsi alıb
Böyük Britaniya sakini Stefani Mariam öz itlərinin yeni il hədiyyəsinə təxminən 3 min dollara yaxın pul xərcləyib. Bu barədə “The Daily Mirrror” nəşri xəbər verir. Harvi Mun, Konni adlı itlərinə kristal “Svarovski”, bər-bəzəkli yataq, oyuncaq və aksesuarlar alınıb. Mariam bildirib ki, itləri Yeni il bayramını çox sevir: “Biz öz itlərimizə ancaq onların sevdiklərini hədiyyə edirik. Sevgi, nəvaziş, yemək və təbii ki, bir neçə stilli əşya”.
22 Dekabr 2017 19:33 DünyaBöyük Britaniya sakini Stefani Mariam öz itlərinin yeni il hədiyyəsinə təxminən 3 min dollara yaxın pul xərcləyib. Bu barədə "The Daily Mirrror" nəşri xəbər verir. Harvi Mun, Konni adlı itlərinə kristal "Svarovski", bər-bəzəkli yataq, oyuncaq və aksesuarlar alınıb. Mariam bildirib ki, itləri Yeni il bayramını çox sevir: "Biz öz itlərimizə ancaq onların sevdiklərini hədiyyə edirik. Sevgi, nəvaziş, yemək və təbii ki, bir neçə stilli əşya".
Sahibə bildirib ki, o, özünə çox az pul xərcləyir. Bunun əvəzində isə itlərini sevindirməyə üstünlük verir. Xəbərdə həmçinin qeyd olunub ki, bu il Stefani öz itləri üçün keçirdiyi məclisə 16 min dollar pul xərcləyib. 21 yaşlı qız valideynləri ilə birgə yaşayır və sonuncular da onun bu xobbisinə maddi-mənəvi dəstək verirlər. Stefani özü isə rəqs üzrə instruktordur. Sia.az