Kamal Abdulla Yunanıstan səfiri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolas D.Kanellos ilə görüşüb. Olaylar.az bildirir ki, K.Abdulla səfirə universitetdə keçirilən tədbirdə iştirak etməyə razılıq verdiyi üçün təşəkkür edib. O, bildirib ki, universitetin professor-müəllim heyəti və tələbələrinin yunan ədəbiyyatı, tarixi, mədəniyyəti və dilinə böyük həvəsi var. K.Abdulla səfiri öz rəsm əsərlərinin ADU-da sərgisini keçirməyə dəvət edib.
22 Dekabr 2017 22:59 SosialAzərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolas D.Kanellos ilə görüşüb.
Olaylar.az bildirir ki, K.Abdulla səfirə universitetdə keçirilən tədbirdə iştirak etməyə razılıq verdiyi üçün təşəkkür edib. O, bildirib ki, universitetin professor-müəllim heyəti və tələbələrinin yunan ədəbiyyatı, tarixi, mədəniyyəti və dilinə böyük həvəsi var.
K.Abdulla səfiri öz rəsm əsərlərinin ADU-da sərgisini keçirməyə dəvət edib.
Öz növbəsində səfir dəvətə görə təşəkkürünü bildirib və universitetdə keçirilən tədbiri böyük addım kimi xarakterizə edib. O, bildirib ki, Yunanıstan və Azərbaycan arasında əlaqələr tarixi köklərə malikdir.
Görüşdən sonra ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Xarici dillər kafedrasının baş müəllimi Vəfa Tahirovanın təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində təhsil alan 11 nəfər tələbənin iştirak etdiyi, yunan mifologiyasından seçilmiş səhnəciklər nümayiş olunub. Səhnəciklər Afrodita, Zevs, Promotey, Afina, Hera, Aresin dilindən 6 monoloq, həmçinin "Araxne və Afina" və "Pandoranın qutusu" adlanan 2 tamaşadan ibarət olub.