Gündəm

İsveçli alimlər: "Telefon asılılığı xəstəlik həddinə çatıb"

22 Dekabr 2017 19:27

İsveçli alimlər sübut edib ki, son illər insanların telefon asılılığı xəstəlik həddinə çatıb. Belə ki, hətta yemək zamanı belə telefonu əlindən yerə qoymayan insanlar var. Alimlər son bir il ərzində müxtəlif sosial təbəqədən olan 600-a yaxın insan üzərində təcrübə keçirib.

“5G” tezliklərinin parametrləri məlum olub

22 Dekabr 2017 19:21

Dünyada bütün rabitə standartları üçün tezlik diapazonlarını müəyyənləşdirən "3GPP" konsorsiumu "5G" şəbəkələri üçün tezliklər spesifikasiyaları üzərində aparılan işi, demək olar ki, yekunlaşdırıb. Ehtimal ki, istehsalçılar tezliklə mikrosxemlər üzərində işlərə başlayacaqlar.

“Apple” batareyanın daha uzun müddət işləməsi üçün öz smartfonlarının işləmə sürətini azaldır

22 Dekabr 2017 19:16

"Apple" şirkəti "iOS" sisteminin son versiyaları qurulmuş öz smartfonlarının (ilk növbədə "iPhone 6", "iPhone 6s", "iPhone 7" və "iPhone SE") işləmə sürətinin azalmasını etiraf edib.

Acun Ilıcalı 9 milyon avroluq təyyarə aldı

22 Dekabr 2017 19:10

"Tv8" kanalının rəhbəri və məşhur aparıcı Acun Ilıcalı bu dəfə 9 milyonluq təyyarəsiylə gündəm yaradıb. A.Ilıcalı köhnə təyyarəsi uzun müddət havada qala bilmədiyi üçün onu satmaq məcburiyyətində qalıb. “Survivor” və digər verilişlərin çəkilişləri üçün tez-tez Dominikana, Yunanıstana və Braziliyaya gedən aparıcı əvvəlki təyyarəsini 9 milyon avroluq daha uzun uçuş edə bilən “Challenger 605”ə dəyişib.

Ey heyvanlarını tanıyan “ağıllı” qapı nümayiş etdirilib

22 Dekabr 2017 19:04

Sifətin tanınması texnologiyası sayəsində “ağıllı” qapı yalnız öz ev heyvanlarını içəri buraxır. “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş "ağıllı" qapı yalnız öz ev heyvanlarını içəri buraxır. Heyvan qapıya yaxınlaşdıqda kameradan onun şəklini ələ keçirən kompüter onu təsvirin tanınması proqramı vasitəsilə yoxlayır. Öncədən proqrama ev heyvanlarının sifəti tanıdılıb və o, yalnız öz ev heyvanlarını içəri buraxır. Tez-tez yad pişiklər qonşulardan yem oğurlayırlar. Belə problemlər adətən şəhərkənarı yerlərdə müşahidə olunur. Orada heyvanlar sərbəstdirlər, yəni istədiyi yerdə gəzirlər.

"Qalatasaray" Fatih Terimlə müqavilə bağladı

22 Dekabr 2017 19:00

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi postuna dördüncü dəfə təyin olunan Fatih Terimlə müqavilə bağlayıb.  64 yaşlı mütəxəssislə 1,5 illik sözləşmə imzalanıb. Bu barədə bir qədər sonra İctimaiyyəti Məlumatlandırma Platformasına ətraflı məlumat veriləcək. Artıq Terim klubun bazasına gələrək, komandanı məşqə çıxarıb.

“Huawei” şirkəti 4 kameraya malik smartfon təqdim edib

22 Dekabr 2017 18:57

Çinin “Huawei” şirkəti “Honor” smartfonlarının istehsal xəttini yeniləyib. 4 kamera ilə təchiz edilmiş və “Android 8.0 Oreo” mobil əməliyyat sistemi ilə idarə olunan “Honor 9 Lite” modeli təqdim edilib.

Rusiyalı alimlər: Uşaq aqressivliyinin kökü genlərdədir

22 Dekabr 2017 18:53

Rusiyalı və avropalı mütəxəssislərdən ibarət alimlər qrupu uşaqların həyatlarının ilk 6 ilində aqressiv davranışını araşdırıblar. Vistanews.ru saytında dərc edilən yazıda deyilir ki, uşaqların dalaşqanlığının genetik köklərlə bağlı olması aşkar edilib. Mütəxəssislərin rəyinə görə, aqressiv davranış uşağın sosial inkişafının ayrılmaz hissəsidir.

Uşağın immunitetini necə gücləndirmək olar?

22 Dekabr 2017 18:48

Əgər uşağınızın immunitetinin zəif olması barədə azacıq da olsa hər hansı bir şübhəniz olarsa, dərhal həkim immunoloqa müraciət edin. Bir çox hallarda xüsusi müalicənin təyin edilməsinə heç bir ehtiyac olmur, sadəcə olaraq, uşağa savadlı qulluq etmək lazım gəlir. Belə qulluqlarla biz sizi aşağıdakı bölmədə tanış etməyə calışacağıq.

"Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırdı

22 Dekabr 2017 18:43

Bakının "Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Yarımmüdafiəçi Samir Zərgərov komandanı tərk edib. 31 yaşlı oyunçunun karyerasını "Kəpəz"də davam etdirəcəyi gözlənilir. Bu seçimdə Zərgərovun əslən Göygöldən olması və bu rayonun Gəncəyə yaxınlığı da rol oynayıb.

"Neftçi"nin hücumçusu Boliviya klubunda

22 Dekabr 2017 18:39

"Neftçi" klubunun futbolçusu Uqo Barqas karyerasını Boliviyanın "Bluminq" klubunda davam etdirəcək. Bu barədə Cənubi Amerika təmsilçisinin meneceri Tito Paz "El Mundo"ya açıqlama verib. O bildirib ki, 31 yaşlı fransalı hücumçu 2018-ci il yanvarın ilk həftəsində "Bluminq"ə qoşulacaq: "Müqavilə ilə bağlı ona rəsmi təklif göndərmişik. Danışıqlar uğurlu keçib. Sözləşmə bizim büdcəmizə uyğundur".

Dəniz Sekinin yeni görünüşü hər kəsi heyrətləndirib

22 Dekabr 2017 18:35

7 ay əvvəl həbsdən çıxan müğənni Dəniz Seki tanınmaz hala düşüb.  Prodüser Polat Yağcının ad gününə qatılan müğənninin aldığı çəkilər gözdən qaçmayıb.

Elxan Hüseynov "Şöhrət" ordeni ilə təltif edilib

22 Dekabr 2017 18:32

Prezident İlham Əliyev Elxan Hüseynovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ərinin yatdığını görən qadın sevgilisini evə çağırdı - ŞOK AİLƏ DRAMI - VİDEO

22 Dekabr 2017 18:31

Kocaelidə iki uşaq anası noyabr ayında, gecə evə saldığı sevgilisinə görə yuxuda olan Hüsnünü (42) öldürdüb. Anasının oğlu Hüsnü Güntaçın itkin düşdüyü ilə bağlı müraciətini araşdıran polis gəlini Sibel G. ilə onun sevgilisini Kütahyada yaxalayıb.

"Facebook” 25 ölkədə vergi ödəyəcək

22 Dekabr 2017 18:30

“Facebook” sosial şəbəkəsi öz ofislərinin mövcud olduğu ölkələrdə yerli satış strukturlarını yaratmaq qərarına gəlib.