"Qalatasaray" Fatih Terimlə müqavilə bağladı
Türkiyənin "Qalatasaray" klubu baş məşqçi postuna dördüncü dəfə təyin olunan Fatih Terimlə müqavilə bağlayıb. 64 yaşlı mütəxəssislə 1,5 illik sözləşmə imzalanıb. Bu barədə bir qədər sonra İctimaiyyəti Məlumatlandırma Platformasına ətraflı məlumat veriləcək. Artıq Terim klubun bazasına gələrək, komandanı məşqə çıxarıb.
22 Dekabr 2017 19:00 İdmanTürkiyənin "Qalatasaray" klubu baş məşqçi postuna dördüncü dəfə təyin olunan Fatih Terimlə müqavilə bağlayıb. 64 yaşlı mütəxəssislə 1,5 illik sözləşmə imzalanıb. Bu barədə bir qədər sonra İctimaiyyəti Məlumatlandırma Platformasına ətraflı məlumat veriləcək. Artıq Terim klubun bazasına gələrək, komandanı məşqə çıxarıb.
Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004 və 2011 - 2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb. Report.az