"Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırdı

Bakının "Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Yarımmüdafiəçi Samir Zərgərov komandanı tərk edib. 31 yaşlı oyunçunun karyerasını "Kəpəz"də davam etdirəcəyi gözlənilir. Bu seçimdə Zərgərovun əslən Göygöldən olması və bu rayonun Gəncəyə yaxınlığı da rol oynayıb.

Qeyd edək ki, Samir Zərgərovdan əvvəl "Keşlə"ni Elnur Abdullayev, Mirabdulla Abbasov və İlkin Qırtımov tərk edib. Abdullayev "Sumqayıt"la müqavilə bağlayıb. Abbasovun da bu komanda ilə anlaşacağı gözlənilir. Qırtımov isə "Neftçi" keçəcək. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31