Gündəm
Azərbaycanlı qız ermənilərlə əlbir oldu?
Azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir. Bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, "Qafqaz" Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o, ermənilərlə əlaqə qurmaqdan belə çəkinməyib. Bu iddianın müəllifi isə sosial şəbəkə istifadəçisi olan Ziya Ata adlı şəxsdir.
"Vaxtı ilə Tacir Şahmaloğlu mənə ..." - Şəbnəm Tovuzludan efirdə ŞOK SÖZLƏR
Bu gün "Səhər-Səhər" verilişində Elgizin suallarını cavablandıran Şəbnəm Tovuzlunun çılğın çıxışı diqqətdən qaçmayıb. Aparıcının ictimaiyyət arasında Şəbnəm barəsində deyilən fikirləri xatırlatması müğənnini özündən çıxardıb.
Tanınmış şairə vəfat etdi
Şairə Tamaşa Xəyali vəfat edib. Azərbaycan Yazıçıları Birliyindən verilən məlumata görə, o uzun sürən xəstəlikdən sonra yanvarın 11-də vəfat edib. Tamaşa Xəyali bu gün Suraxanı qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılacaq.
Qadının mobil telefonunu alıb qaçan saxlanıb
Yanvarın 10-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə almasını bildirib.
XİN: “ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son açıqlaması çox təəccüblüdür”
“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür”.
Kökü çox qədimlərə gedən dövlətçilik ənənələrimizə sayğı
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi birmənalı şəkildə müsbət dəyərlədirlir. İçtimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri bu addımı dövlətə, dövlətçilk ənənələrimizə və tariximizə olan sayğı kimi qiymətləndirilər. Millət vəkili, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çox mübət və təqdir olunmalı bir hadisədir: “Bu, həm də dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır.
Sarkisyandan GÖZLƏNİLMƏZ SÖZLƏR
“Yanacağın bahalaşması, nəqliyyatda gediş haqlarının artması qiyama gətirib çıxara bilər”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib. Onun sözlərinə görə, yanacağın bahalaşması təkcə nəqliyyatda tariflərin artması ilə yekunlaşmır: “Bu, yük daşımalarının, eləcə də qida məhsulları da daxil olmaqla bütün malların qiymətinin artması ilə nəticələnəcək. Qiyam özlüyündə neqativdir və bu, siyasi proseslərin yoxluğunun meyvəsidir. Xalq ayağa qalxır, qarşısına çıxanı süpürüb aparır istədiyini edir. Onun qarşısını almaq mümkün olmur”.
Ölkədə mövcud olan sabitlik onun inkişafını şərtləndirən başlıca amillərdəndir
Hər bir ölkənin inkişafını şərtləndirən başlıca amillərdən biri də həmin ölkədə ictimai-siyasi sabitliyin hökm sürməsidir. Bu birmənalıdır ki, siyasi sabitlik, vətəndaş həmərəyliyi, xalqın iqtidara etimadı və inamı olmayan heç bir dövlətdə inkişaf baş verə bilməz. Bura təkcə siyasi inkişaf deyil, eləcə də iqtisadi. Sosial, mədəni və s. sahələri aid etmək olar. Bütün bunların fonunda bu gün dünyada cərəyan edən proseslər, ayrı-ayrı ölkələrdə baş verən hadisələrə nəzər yetirdikdə və həmin ölkələri Azərbaycanla müqayisə etdikdə hər birimizin ürəyincə olan mənzərə ortaya çıxır.
Azərbaycan dinamik inkişaf yolunda
Bir neçə ildir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan öz sürətli inkişaf yolunu davam etdirir. İnkişaf etmiş ölkələr belə qlobal iqtisadi və maliyyə böhranından əziyyət çəkib bir sıra sosial layihələri təxirə saldığı, yüz minlərlə iş yerlərini bağladığı, əmək haqqı və pensiyaların məbləğini aşağı saldığı halda, Azərbaycanda isə bütün bunların əksi müşahidə edildi.
2018-ci ilin iqtisadi inkişaf yolu göstərildi
Ölkədə islahatar ili elan edilən 2017-ci ili uğurla başa vurduq. Ötən ildə demək olar ki, qarşıya qoyulan bütün vəzifələrin icrasına nail olundu. Dünya ölklərində iqtisadi geriləmə yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatında dinamik inkişaf qeydə alındı. Daha doğrusu, ölkənin gələcək inkişafını təmin edəcək iqtisadi baza yaradıldı. Artıq Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ixtisaslaşmış beynəlxalq maliyyə qurumları tərəfindən də tədqir olunmaqdadır.
Atambayev və qəzaya uğrayan layner:suallar çox, cavab isə yox!
Qırğızıstanın populyar «jebe.kg» internet portalında maraqlı bir məqalə dərc olunub. Materialın aktuallığını nəzərə alaraq, ona oxucularımıza təqdim edirik. Yaxın günlərdə Qırğızıstanda ölkə tarixinin ən qorxunc hadisələrindən birinin ildönümü qeyd olunacq.
İslam dünyasının ilk demokratik respublikasının yubileyi
Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından tam 100 il keçir. Tariximizin şanlı və qürurlu səhifəsi olan AXC dövrünə müstəqillik illərindən sonra verilən dəyər. qiymət yetişməkdə olan gənc nəsildə Cümhuiriyyət dövrü barədə aydın və qürurlu bir təsəvvür yaratdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi hesab edirdi.
Prokuror sabiq MTN polkovniki və digərlərinə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, V. Güləlinin 9 il 6 ay, C. İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, N. Əliyevin 8 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Arda Qrizmanın qurbanı oldu - "Barselona" 8 futbolçunu satışa çıxardı
"Barselona" daha bir dünya ulduzunu heyətinə qatmaq niyyətindədir. Kataloniya klubu Antuan Qrizmanı transfer etməyə yaxındır. “Daily Mail” nəşrinin xəbərinə görə, bu futbolçu uzun müddətdir ki, "Barselona" tərəfindən yaxından izlənilir. İddialara görə, katalon klubu "Atletiko"ya 100 milyon avro ödəməyə hazırdır.
12 dərəcə şaxta olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.














