Gündəm
Qafqazdan Osmanlıya göndərilən qullarla bağlı TARİXİ SƏNƏD TAPILDI
Rusiyalı elm adamları Krasnodar bölgəsinin dövlət arxivində Rusiyanın “Krım” adlı müharibə gəmisi tərəfindən 1810-cu ildə Gələncik sahillərində saxlanılan Türkiyə gəmisi ilə bağlı sənədlər tapıb.
Ölkə yanğın yerinə döndü - 20-dən çox şəhər ayağa qalxdı
Sosial və iqtisadi vəziyyətə etiraz olaraq aksiyaların keçirildiyi Tunisdə vəziyyət hər keçən gün pisləşir. Ölkənin 20-dən çox şəhərində keçirilən aksiyalar paytaxt Tunisə də keçib.
Azərbaycanda 60 mindən çox qadın sürücü var
Azərbaycanda avtomobil idarə edən qadın sürücülərin sayı artıb. Hazırda xanım sürücülər 60 min nəfərdən çoxdur.
Qanunsuz silahlar polisə təhvil verildi
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Havaların soyuması sosial sığınacaqları gündəmə gətirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində 32 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
Milli qəhrəmanlara həsr olunan filmlər nümayiş olunacaq
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş olunacaq. Olaylar.az bildirir ki, filmlərin nümayişi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.
Bakının bu ərazisində TƏHLÜKƏ ARTDI - Tektonik qırılma xətti genişləndi
Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası "Döngə 1" və "Döngə 2" ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə edilir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Deputat: "Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək"
Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək. Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirərkən deyib.
ATƏT sədri: "Həmsədrlərin səylərini dəstəkləməyə davam edəcəyik"
"Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyik". Məlumata görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.
İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb - ARAŞDIRMA
Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır.
ABŞ bombardmançılarını Quama yerləşdirdi - Təhlükə
ABŞ Hərbi Hava Qüvvələri B-2 Spirit strateji bombardmançılarını Quam adasındakı aviabazasına yerləşdirib. Bu barədə informasiyanı ABŞ-ın Sakit okean hərbi komandanlığı yayıb. Üç təyyarə ilə birgə ABŞ Quam adasında 200 hərbçi də göndərilib.
Rusiya açıqladı: AŞPA-ya getmirik
Rusiya Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməyəcək. Federasiya Şurasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Aleksandrov AŞPA milli nümayəndə heyətlərinə qarşı ayrı-seçkiliyin yolverilməzliyinə dair qanun qəbul etməyənə qədər vəziyyətin belə davam edəcəyini bildirib: “Bu məsələdə AŞPA-nın mövqeyi əsasdır və əgər Assambleyanın qaydalarına müvafiq dəyişikliklər edilsə, Rusiya bu struktur çərçivəsində öz işini davam etdirməyə hazırdır.
Pens: Trampın bu barədə mövqeyi dəyişmədi...
Donald Tramp Şimali Koreya nüvə və raket proqramını dayandırana qədər təzyiq göstərməyi dayandırmaq niyyətində deyil. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens danışıb. Onun sözlərinə görə, Trampın bu barədə mövqeyi ötən il ərzində dəyişməz qalıb.
İran hadisələri: həbsxanada ölənlərin sayı 5-ə çatdı
İrandakı etiraz aksiyalarına görə həbs edilən və həbsxanalarda ölən etirazçıların sayı 5-ə çatıb. Bunu “Azadlıq radiosu”nun İran bölməsinə açıqlamasında iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə söyləyib. “Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar Möhsün Adili və Vəhid Heydəri Dezful Ərak zindanında ölüb. Bundan başqa, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin zindanında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq”, - deyə o bildirib.
Məşhur mafiya lideri həbs edildi
Yamaquti-qumi yapon mafiyasının keçmiş rəhbəri Sinexaru Sirai Tailandda həbs edilib. 74 yaşlı Siraini İnterpol ələ keçirib. Sirai 2003-cü ildən qətlə görə beynəlxalq axtarışda olub. İnterpol mafiya liderini Feysbukdakı viruslu fotoları sayəsində ələ keçirə bildiyini açıqlayıb.














