Gündəm

Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib

11 Yanvar 2018 15:02

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 7-dən bu il yanvarın 2-dək olan müddətdə Gəncə şəhəri ərazisində 1 qadının çantasından içərisində pul və sənəd olan pul kisəsini, 1 idman zalından məişət əşyaları, 5 avtomobildən akkumulyator, habelə 9 həyətyanı sahədən 20 metr elektrik naqili, inşaat materialları və 17 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Tahirov tutulub.

Mağazaların qənimi olan keçmiş məhkum tutulub

11 Yanvar 2018 15:00

Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində şəhər ərazisində mağazalardan birindən ərzaq məhsulları, bir nəfərin içərisində geyim əşyası və sənəd olan çantasını, habelə 3 evdən ərzaq məhsulları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyev tutulub. Araşdırma aparılır.

“Mersedes” yolu keçən piyadanı vurub öldürdü

11 Yanvar 2018 14:59

Paytaxt Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 10-da saat 20 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Tərlan Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Dövlətə xəyanətdə ittiham olunan hərbçilərin işi məhkəməyə göndərildi

11 Yanvar 2018 14:56

Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Respublika Hərbi Prokurorluğunda istintaq edilən cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işinin materialları Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatına verilib.

Azərbaycanda qaçqın statusu alanların sayı AZALIB - cəmi 8 nəfər...

11 Yanvar 2018 14:47

2017-ci il ərzində Azərbaycanda 8 nəfər əcnəbiyə qaçqın status verilib. Bu məlumatı Dövlət Miqrasiya Xidəti yanında İctima Şuranın sədri Azər Allahverənov açıqlamasında qeyd edib. Onun sözlərinə görə, qaçqın statusu alan 8 nəfər əcnəbidən  7-si İran və Əfqanıstandan gəlib.

Məşhur müğənninin adı insan alverində hallanır- AÇIQLAMA

11 Yanvar 2018 14:45

Tanınmş müğənni Günel Ələkbərovanın da Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı xəbəri yayılıb. Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumata görə, ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.  Sözügedən sayt məsələni aydınlaşdırmaq üçün müğənninin özü ilə əlaqə saxlayıb.

Böyük müharibə olacaqmı? - Putin bu ölkədə Qarabağ SSENARİSİNİ REALLAŞDIRIR

11 Yanvar 2018 14:42

“Rusiya və Ukraynanın münasibətlərində çətin ki, 2018-ci ildə hansısa mühüm dəyişikliklər olacaq”. Belə proqnozu "Novaya Vremya" nəşrində dərc etdiyi yazısında siyasi şərhçi Dmitri Oreçkin səsləndirib. Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilməyəcək və Ukrayna qoşunları Donbasın qayıdışı üçün hücuma başlamayacaq.

Erməni səfir öz ölkəsindən Avropa Məhkəməsinə şikayət etdi

11 Yanvar 2018 14:34

İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) Ermənistanın sabiq XİN rəhbəri Aleksandr Arzumanyanın işi üzrə qərar qəbul edib. Arzumanyan Ermənistanda məhkəmənin 2007-ci ilin mayında onun həbsdə saxlanmasını kifayət qədər əsaslandıra bilmədiyinə görə Avropa Məhkəməsinə müraciət edib.

Müəllim və valideynlərin qəbulu keçiriləcək

11 Yanvar 2018 14:32

Yanvarın 12-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək

11 Yanvar 2018 14:30

Yanvarın 13-də UNEC-də “Açıq qapı” günü keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə. UNEC-də qış imtahan sessiyası boyunca ənənəvi olaraq hər həftənin şənbə günü keçirilən “Açıq qapı” günündə universitet rəhbərliyi iştirak etməyəcək.

Bu ilin "Cumhuriyyət” ili elan edilməsi isə ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq

11 Yanvar 2018 14:28

"2018-ci il ölkəmiz üçün bir çox tarixi hadisələrlə yadda qalacaq. Cümhuriyyətin 100 illiyindən tutmuş Prezident seçkilərinə qədər il ərzində maraqlı olaylar yaşanacaq”.

“Ermənistanı güzəştə getməyə məcbur etməliyik”

11 Yanvar 2018 14:25

Azərbaycanın xarici siyasətində əsas hədəflərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir. Bu baxımdan, yola saldığımız 2017-ci ildə də problemin həlli məqsədilə sülh danışıqları davam etdirilib, Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə  prezidentlər, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Bu görüşlərin ümumi yekunu, 2018-ci ildə bu istiqamətdə atılacaq addımlar və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov cavablandırır.

“Bu dövlət başçısının AXC-nin fəaliyyətinə verdiyi qiymətin göstəricisidir”

11 Yanvar 2018 14:23

“Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən öndə gedən səhifələrindən birini təşkil edir. Şərqdə ilk demokratik, müstəqil Cümhuriyyəti quran xalqımız bununla adını tarixə yazmış oldu”.

İgidlərə ehtiyacımız var - Ərdoğan

11 Yanvar 2018 14:21

Bizim xalqa xidmət göstərəcək igidlərə ehtiyacımız var. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.