Gündəm

İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

11 Yanvar 2018 16:00

IMG 4404İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Zakir Qaralov Qobustanda qəbul keçirəcək

11 Yanvar 2018 15:59

Baş prokuror Zakir Qaralovyanvarın 19-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Ana övladını efirdə qoyub qaçdı - Hər kəsi şoka salan hadisə

11 Yanvar 2018 15:57

Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində baş verən hadisə hər kəsi göz yaşlarına boğub.  Aparıcı Xoşqədəm Baxşəliyeva Mənsurə adlı qadının öz övladını ataraq qaçmasından danışıb. O bildirib ki, qadın balaca körpəni götürmədən studiyanı tərk edib. Digər övladını da atan qadını tapmaq mümkün olmayıb. 

Müğənni arvadı ilə keçmiş sevgilisinin VİDEOsunu görən ərdən İNANILMAZ REAKSİYA

11 Yanvar 2018 15:55

Seda Sayanın Demet Akalına qarşı etdiyi səhvə ikincinin həyat yoldaşı Okan Kurtdan reaksiya gəlib.  Demetin həyat yoldaşı Okan sosial şəbəkə hesabında "Onun xəbəri yoxdur" deyərək, Sedanı bağışlayıb.

Ailəvi dost olduqları qadına əxlaqsız təklif edən şəxs - Onu bacım bilmişəm

11 Yanvar 2018 15:46

Sakaryanın Kışla qəsəbəsindəki hərbi zavodda çalışan baş çavuş barədə yanında çalışan qadın işçini zorladığı iddiası ilə cinayət işi açılıb. Qadının qeyd etdiyi təcavüz xarakterli sözlər dəlil hesab edilib. İddianamədə baş çavuşun ailəvi gediş-gəlişləri olduğu qadına dediyi sözlər intim xarakterli hesab edilib. Sözügedən qeyddə baş çavuş qadına, "Nə istədiyimi Allah da bilir, sən də bilirsən" kimi sözlər işlədib. 

Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub

11 Yanvar 2018 15:40

Bakının Suraxanı rayonu ərazisində azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub. Hadisə Binə qəsəbəsində yerləşən Gürcü məhəlləsində 9 nəfərin iştirakı ilə baş verib. Dava nəticəsində 4 nəfər - iki Gürcüstan əsilli Azərbaycan vətəndaşı - hər ikisi 1990-cı il təvəllüdlü olan Papişvili Şengeli Masikoyeviç və Papiaşvli İsak Davidoviç, həmçinin 1988-ci il təvəllüdlü İsmayılov Polad Məhərrəm oğlu və 1994-cü il təvəllüdlü Soltanov Kamran Rasim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məşhur kinoteatr sökülür

11 Yanvar 2018 15:38

Əhmədlidə yerləşən məşhur “Bakı” kinoteatrı sökülür. Bu barədə gənc aktyor Türkay Cəfərli məlumat verib. O bildirib ki, kinoteatrın binası sökülür və yerində univermaq tikilir.

Sevdanın yeni mahnısı plagiat çıxdı – VİDEO + YENİLƏNİB

11 Yanvar 2018 15:37

Sevda Yahyayevanın “Ah bu sevda” adlı mahnısı plagiat çıxıb. Məsələ ilə bağlı ifaçının prodüseri Pərviz Əsgərovla əlaqə saxladıq. Açıqlama verən prodüser plagiat iddiasını təkzib etdi: “Şərq ölkələri elədir ki, istər-istəməz musiqinin ya əvvəli, ya ortası bir-birinə oxşayır.

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

11 Yanvar 2018 15:33

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir. “OLAYLAR”-ın İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə yanvarın 11-də Beyləqan rayonunun İmamverdili kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

Təhsil müəssisələrində təsərrüfat qrupları yaradılır

11 Yanvar 2018 15:33

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni yaradılan təsərrüfat qruplarının rəhbər və işçiləri ilə görüş keçirilib. “OLAYLAR”-a BŞTİ-dən bildirilib ki, görüşdə BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərov ümumi təhsil müəssisələrində təsərrüfat sahəsi ilə bağlı  görülən işlər barədə məlumat verib, təsərrüfat qruplarının yaradılmasının zəruriliyindən və qarşıda duran vəzifələrdən danışıb. Həmçinin, təsərrüfat qruplarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

175 nömrəli marşrut xəttində gedişhaqqı 30 qəpik olacaq

11 Yanvar 2018 15:31

Marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir. Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 q.- dir.

2018-ci ilin “AXC ili" elan edilməsi tarixin daha yaxşı öyrənilməsinə rəvac verəcək

11 Yanvar 2018 15:19

“Azərbaycan Prezidenti tərəfindən 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili" élan edilməsi ömür kitabımıza yazılan tarixi məqamdır”. Bunu deyən millət Fəzail İbrahimlinin sözlərinə görə, ötən il “İslam Həmrəyliyi”, 2016-cı ilin “Multikulturalizm ili” elan olunmuşdu: “Bunun hər biri böyük məna və mahiyyət kəsb edir.

Çindən Yaponiyaya xəbərdarlıq: “Dayandırın”

11 Yanvar 2018 15:13

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kan Yaponiyanı mübahisəli Dyaoyuydao adaları ətrafında süni hadisə yaratmamağa çağırıb.  Dyaoyuydao adaları ətrafında Yaponiya ilə Çin arasında ərazi mübahisəsi yaşanır.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşib

11 Yanvar 2018 15:14

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib. Energetika Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb.