Zakir Qaralov Qobustanda qəbul keçirəcək
Baş prokuror Zakir Qaralovyanvarın 19-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
11 Yanvar 2018 15:59 SosialBaş prokuror Zakir Qaralov yanvarın 19-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.