Ermənistanın yeni konstitusiya layihəsində erməni kilsəsi ilə bağlı dəyişiklik edilib

Ermənistanın yeni Konstitusiya layihəsinə Erməni Apostol Kilsəsinə aid hissədə dəyişiklik edilib. Bu barədə "News.Am" məlumat yayıb.

Qüvvədə olan Konstitusiyada deyilir: "Ermənistan Respublikası ilə Müqəddəs Erməni Apostol Kilsəsi arasındakı münasibətlər qanunla tənzimlənə bilər".

Yeni layihədə isə bu müddəa belə ifadə olunub: "Ermənistan Respublikası ilə Müqəddəs Erməni Apostol Kilsəsi arasındakı münasibətlər qanunla tənzimlənir".

Qeyd edək ki, noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin yeni Konstitusiya layihəsinin xüsusi yaradılmış saytda dərc olunduğunu elan edib. Yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almır.

Xatırladaq ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən Konstitusiya müddəası Azərbaycanla sülh sazişinin imzalanması qarşısında əsas maneələrdən biri olub. Həmin Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00