Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir. “OLAYLAR”-ın İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə yanvarın 11-də Beyləqan rayonunun İmamverdili kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir. "OLAYLAR"-ın İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə yanvarın 11-də Beyləqan rayonunun İmamverdili kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

Bildirilib ki,229 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 27 111 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Beyləqan rayonunun Birinci Şahsevən kəndində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın vaxtda işlər yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31