Gündəm

Vergidən yayınmış sənədlər audit gələndə məhv edilib

11 Yanvar 2018 16:51

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Flora Kərimovadan səhhəti ilə bağlı AÇIQLAMA

11 Yanvar 2018 16:45

Xalq artisti Flora Kərimova xəstəxanaya düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 76 yaşlı müğənni müayinə üçün xəstəxanaya getdiyini qeyd edib. F.Kərimova səhhətinin də qaydasında olduğunu söyləyib: "Mən xəstəxanada heç yatmamışam. Yazıblar da...Sadəcə olaraq gedib özümü müayinə edib qayıtmışam. Səhhətim qaydasındadır, hər şey normaldır".  

"Jurnalist binaları"nın qarşısında piyada keçidi inşa olunacaq

11 Yanvar 2018 16:36

“Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında”Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokoluna əsasən aidiyyəti qurumlarla birgə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində avtomobil yollarında piyadaların təhlükəsizliyinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirib.

Azərbaycan millisinin üzvü "Gənclərbirliyi”ndə

11 Yanvar 2018 16:31

2016-cı ildən Azərbaycan millisinin üzvü olan Dəniz Yılmaz Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub. Klubla 29 yaşlı hücumçu arasında 1,5 illik müqavilə imzalanıb. Dəniz Yılmaz yeni komandasının heyətində ilk oyununu daha əvvəl məxsus olduğu “Bursaspor”a qarşı keçirəcək. Super Liqanın daha bir təmsilçisi “Ərzurumspor” klubu D.Yılmazı transfer etmək istəsə də, klub daxilində legioner məhdudiyyəti olduğundan transfer baş tutmayıb.

Belçikada erməni dərnəyinə silahlı hücum edilib

11 Yanvar 2018 16:29

Belçikanın paytaxtı Brüsseldə ermənilərə məxsus "Sahakyan" dərnəyinə silahlı hücum edilib. Naməlum şəxs və ya şəxslər dərnəyin pəncərəsinə və giriş qapısına atəş açıb. Hadisə baş verən vaxt binada heç kim olmayıb.

“Barselona”dan sürpriz transfer

11 Yanvar 2018 16:26

“Barselona” heyətinə yeni futbolçu qatıb. Katalonlar “Plameras”da forma geyinən kolumbiyalı müdafiəçi Yerri Mina ilə 5,5 illik müqavilə imzalayıb.

Kremldən ABŞ-a xəbərdarlıq: bu ittihamlar...

11 Yanvar 2018 16:26

ABŞ-ın daxili işlərinə müdaxilə ilə bağlı Rusiyaya yönələn bütün ittihamlar yalnız ikitərəfli əlaqələrə deyil, eyni zamanda Amerika tərəfinə zərər verir. 

Türkiyə sərhədlərində BÖYÜK OYUN

11 Yanvar 2018 16:21

Türkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı və atdığı addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar qurur. Bunu Suriyanın İdlib əyalətində baş verən son hadisələri və Rusiyanın bu ölkədəki bazalarına hücumları şərh edən “Haber7” saytı yazıb.

Banka borclu və axtarışda olan şəxslər ölkədən qaçmaq istəyərkən tutulub

11 Yanvar 2018 16:18

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədi ilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslərin aşkarlanması və saxlanılması istiqa­mətində tədbirlər davam edir.

“Çudo Peçka”nın sahibinin və övladlarının əmlaklarına həbs qoyuldu

11 Yanvar 2018 16:15

Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Cert Center” MMC və "Standart Cert” MMC-nin akkreditasiya attestatları ləğv edilib

11 Yanvar 2018 16:08

"Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi (AzAK) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tələblərini pozduğuna görə "Cert Center” MMC-nin və "Standart Cert” MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması” üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.

Tarix İnstitutu Cümhuriyyətin 100 illiyi ilə bağlı beynəlxalq konfranslar keçirəcək

11 Yanvar 2018 16:06

“Prezident İlham Əliyevin bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Tarix İnstitutunu tarixi “siyasiləşdirməkdə”, hətta ermənifobiyada “qınayanlara” tutarlı dövlət cavabıdır”.

İl ərzində 195-2 Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub

11 Yanvar 2018 16:05

2017-ci il ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub. Bu müraciətlərin 8300-ə yaxını canlı rejimdə birbaşa, 2500-dən çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 73 minə yaxın müraciət daxil olub.

"Təmiz Şəhər" ASC Keyfiyyəti İdarəetmə Sistemi üzrə ən yüksək standarta layiq görülüb

11 Yanvar 2018 16:03

"Təmiz Şəhər" ASC Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, BSİ tərəfindən keçirilən auditlə "Təmiz Şəhər" ASC–nin bütün təsərrüfat sahələrində beynəlxalq standartlara uyğunluq qiymətləndirilib. Audit hesabatında Cəmiyyət rəhbərliyinin və mütəxəssislərin peşəkarlığı, işlərin beynəlxalq standartlara uyğunluğu və s. göstəricilər öz əksini tapıb.

Siyəzəndə cücə sexi yanıb

11 Yanvar 2018 16:01

Siyəzən rayonunda fəaliyyət göstərən cücə sexində yanğın baş verib. Məlumata görə, hadisə rayonun Beşdam kəndində qeydə alınıb. Ümumi sahəsi 500 kvadratmetr olan sexdə baş verən yanğın zamanı 2000 cücə yanaraq tələf olub.