Gündəm

Türkiyədə kütləvi zəhərlənmə - 176 şagird "xəstəxanalıq oldu"

11 Yanvar 2018 17:48

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Məlumata görə, keyfiyyəttisz qida səbəbindən 176 şagird zəhərlənib. Məlumata görə, şagirdlər xəstəxanaya yerləşdirilsə də, onların sağlamlığının normal olaraq dəyələndirildiyi bildirilir. Hadisə ilə bağlı cinayət işi başlayıb.

“Borussiya”nın 9 futbolçusu zəhərlənib

11 Yanvar 2018 17:43

Dortmund “Borussiya”sı xoşagəlməz halla üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisinin futbolçuları zəhərlənib. Hadisə komandanın İspaniyadakı təlim-məşq toplanışının son günündə baş verib.

Çavuşoğlu Kanadaya gedir - NİYƏ?

11 Yanvar 2018 17:40

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kanadaya səfər edəcək. Məlumata görə, nazir Vankuver şəhərində ABŞ və Kanada xarici işlər nazirlərinin “Koreya yarımadasında sülh və sabitlik” adlı iclasında iştirak edəcək. Məlumata görə, M.Çavuşoğlunun səfəri yanvarın 15-16-da baş tutacaq.

Dini Komitədə 2017-ci ilin yekunları müzakirə edilib

11 Yanvar 2018 17:41

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə,  müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri  iştirak ediblər.

Qazaxıstanda qara qar yağdı

11 Yanvar 2018 17:39

Qazaxıstanın Temirtau şəhərində qara rəngli qar yağıb. Məlumata görə, bu anomaliyanın araşdırılması üçün qar nümunəsi laboratoriyaya təqdim olunub. Qarın bu rəngdə yağmasının ilkin səbəbi kimi havada zərərli maddələrin olması ehtimal edilir. 

Ərdoğan: “Bu vəzifədə olduğum müddətdə ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz”

11 Yanvar 2018 17:30

“ABŞ terrorçunu Türkiyəyə vermir, bəhanələr uydurur, o zaman ABŞ da bizdən heç bir terrorçu almayacaq. Mən bu vəzifədə olduğum müddətdə ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz”.

Şamaxı və İsmayıllıda yollar buz bağlayıb

11 Yanvar 2018 17:27

Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.  Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də, Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. 

Ərə getmək üçün açılan İNANILMAZ FALLAR: Ruhları necə çağırırdılar?

11 Yanvar 2018 17:26

İnsan ən qədim zamanlardan bəri gələcəyini görməyə can atıb. Qədim Misirdə, Romada, yunan torpaqlarında aşkarlanmış arxeoloji qazıntılar bunun bariz nümunəsidir. Hətta günümüzə çatan müqəddəs kitabların hamısından öncəgörməyə aid rəvayətlər var.

“2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması çox böyük tarixi əhəmiyyətə malik bir qərardır”

11 Yanvar 2018 17:25

"2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması çox böyük tarixi əhəmiyyətə malik bir qərardır". “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Sahibə Qafarova səsləndiriib.

BNA 175 saylı marşrut xətti ilə bağlı müvafiq tədbirlər həyata keçirib

11 Yanvar 2018 17:23

175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. “OLAYLAR” BNA-ya istinadən xəbər verir ki, bu xətt üzrə Hövsən şossesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. 

ABŞ ən təhlükəli dövlətdir - Kadırov

11 Yanvar 2018 17:19

ABŞ artıq çoxdandır ki, ən təhlükəli dövlətdir. Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. “Amerikalıların peyda olduqları yerlərdə nə sadə ABŞ vətəndaşları, nə də biznes tərəfdaşları yoxdur. Diplomatik missiya daşıyıcıları isə ölüm, münaqişə və müharibəyə başlayırlar. Yaxın Şərqdə hərbi münaqişələrlə təxribat törətmək, müxtəlif dövlətlərə düşmənçilik və nifrət aşılamaqla ABŞ artıq çoxdan ən təhlükəli dövlətə çevrilib”, - Kadırov bildirib.

Qadınlar çox yaşayır, ya kişilər? – Alimlər açıqladı

11 Yanvar 2018 17:17

Almaniya və Danimarkadan olan bir qrup tədqiqatçı bioloji xüsusiyyətlərə görə qadınların kişilərdən daha uzun yaşadıqlarını müəyyən ediblər. Alimlər Trinidadda qul ticarəti, İrlandiya, İsveç və Ukraynada aclıq zamanında insanların dözümlülüyünün göstəricisini analiz ediblər. 

İstanbulda əməliyyat - Bu dəfə 42 əcnəbi İŞİD-çi saxlanıldı

11 Yanvar 2018 17:12

İstanbul polisi tərəfindən növbəti antiterror əməliyyatı keçirilib. Trend-in məlumatına görə, əməliyyat İstanbulun 7 rayonunda həyata keçirilib. Əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 42 əcnəbi saxlanılıb. Saxlananların hərbi əməliyyatlarda iştirak etdiyi ehtimal edilir. Həmin şəxslərin vətəndaşlıqları açıqlanmır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkənin hərtərəfli inkişafına təkan verib

11 Yanvar 2018 16:56

Artıq 14 ildir ki, mərhələli şəkildə uğurla həyata keçirilən və icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkəmizin simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Əgər sözügedən Dövlət Proqramının icrasına qədər nəinki əyalətlərdə, hətta paytaxt Bakıda arzuedilən səviyyədə infrastuktur yox idisə, həm paytaxt, həm də regionlarda işsizlik problem ciddi xarakter daşıyırdısa, hazırda bütün bu çətinliklərin arxada qaldığını söyləyə bilərik.

Mogerini: İrana qarşı sanksiyaların ləğvi beynəlxalq ticarətə müsbət təsir edib

11 Yanvar 2018 16:52

İranın nüvə proqramı üzrə Birgə hərtərəfli Fəaliyyət Planının icrası çərçivəsində rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması beynəlxalq ticarətə və Avropa İttifaqının (Aİ) İranla iqtisadi münasibətlərinə müsbət təsir göstərib.