Dini Komitədə 2017-ci ilin yekunları müzakirə edilib

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə,  müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri  iştirak ediblər.

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə,  müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri  iştirak ediblər.

Müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olub. Dövlət Komitəsinin sədri "İslam Həmrəyliyi İli" nin İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Hesabat dövründə dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olduğunu bildirən Dövlət Komitəsinin sədri ötən il Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK -nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasına da diqqət çəkib. Fondun yaradılması haqqında müvafiq Fərmanın imzalamasının, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın, eyni zamanda, Dövlət Komitəsinə olan yüksək etimadının göstəricisi olduğunu deyib.

Müşavirədə daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun illik hesabatı dinlənilib.

Bildirib ki, Dövlət Komitəsi  ayrıca və müxtəlif təşkilatlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq edib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini təhlükəsizlik məqamlarına toxunub. S.Heydərov dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyatı hüquq-mühafizə, icra və digər dövlət qurumları birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31