Siyəzəndə cücə sexi yanıb

Siyəzən rayonunda fəaliyyət göstərən cücə sexində yanğın baş verib. Məlumata görə, hadisə rayonun Beşdam kəndində qeydə alınıb. Ümumi sahəsi 500 kvadratmetr olan sexdə baş verən yanğın zamanı 2000 cücə yanaraq tələf olub.

Siyəzən rayonunda fəaliyyət göstərən cücə sexində yanğın baş verib. Məlumata görə, hadisə rayonun Beşdam kəndində qeydə alınıb. Ümumi sahəsi 500 kvadratmetr olan sexdə baş verən yanğın zamanı 2000 cücə yanaraq tələf olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Siyəzən Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31