“Bu dövlət başçısının AXC-nin fəaliyyətinə verdiyi qiymətin göstəricisidir”

“Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən öndə gedən səhifələrindən birini təşkil edir. Şərqdə ilk demokratik, müstəqil Cümhuriyyəti quran xalqımız bununla adını tarixə yazmış oldu”.

"Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən öndə gedən səhifələrindən birini təşkil edir. Şərqdə ilk demokratik, müstəqil Cümhuriyyəti quran xalqımız bununla adını tarixə yazmış oldu".

Bu fikirləri  politoloq Zaur Məmmədov Azərbaycan Prezidenti tərəfindən 2018-ci AXC ili elan edilməsini şərh edərkən deyib. Politoloq qeyd edib ki, AXC çox çətin zaman kəsiyində yaranmışdı. Belə ki, həmin dövrdə beynəlxalq aləmdə və regionda vəziyyət çox gərgin idi: "Ermənilərlə münaqişə, Rusiya, İngiltərə və digər ölkələrlə çətin münasibətlər var idi. Buna baxmayaraq AXC 23 ay yaşamağa müvəffəq oldu".

Z. Məmmədov Prezident tərəfindən 2018-ci ilin AXC ili elan edilməsini hər bir azərbaycanlı kimi yüksək qiymətləndirdiyini bildirib: "Bu dövlət başçısının AXC-nin tarixinə, onun fəaliyyətinə verdiyi qiymətin göstəricisidir. Azərbaycan xalqı AXC-ni quranlarla fəxr edir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31