Kökü çox qədimlərə gedən dövlətçilik ənənələrimizə sayğı
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi birmənalı şəkildə müsbət dəyərlədirlir. İçtimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri bu addımı dövlətə, dövlətçilk ənənələrimizə və tariximizə olan sayğı kimi qiymətləndirilər. Millət vəkili, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çox mübət və təqdir olunmalı bir hadisədir: “Bu, həm də dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır.
11 Yanvar 2018 13:25 Siyasət2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi həm də Heydər Əliyev kursuna sadiqliyin təsdiqidir
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi birmənalı şəkildə müsbət dəyərlədirlir. İçtimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri bu addımı dövlətə, dövlətçilk ənənələrimizə və tariximizə olan sayğı kimi qiymətləndirilər. Millət vəkili, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi çox mübət və təqdir olunmalı bir hadisədir: "Bu, həm də dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır. Bu qərar bütün Azərbaycan xalqının ürəyindən xəbər verir və hər kəs tərəfindən də çox yüksək qiymətləndirilir. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm və tarixi bir hadisə idi". E. İbrahimovun bildirdiyinə görə, müsəlman-şərq aləmində ilk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir: "Ancaq çox təəssüflər olsun ki, AXC cəmi 23 ay ömür sürdü, aprel işğalı ilə ilk müstəqil cümhuriyyətimizin varlığına son qoyuldu, bununla belə, onun qoyduğu ənənələr əsrin sonunda-90-cı illərdə Azərbaycan minbir əziyyətlər hesabına ikinci dəfə müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi. Odur ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə, tarixi şəxsiyyətlərə hörmətin ifadəsidir. Cənab Prezidentin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi dünyaya ölkəmizin böyük müstəqillik tarixinin olması barədə mesaj idi. Eyni zamanda, Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və bu ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır. Bir sözlə, bu addımına görə ölkə Prezidentinə minnətdarlığımızı bildirir, müstəqilliyimizin əbədi və dönməz olmasını arzu edirik".
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov da 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunmasını yüksək qiymətləndirib. Millət vəkili qeyd edib ki, bu addım Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən böyük razılıqla qarşılanıb: "Bu, Azərbaycan dövlətinin başçısının Cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan prezidenti bütün çıxışlarında Cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısı "İstiqlal Bəyannaməsi" abidəsini ucaltdırıb. Tarix İnstitutunun direktoru olaraq bəyan etmək istəyirəm ki, Azərbaycan dövlətinin başçısı Cümhuriyyət tarixinin işlənməsi ilə əlaqədar mənə xüsusi tapşırıqlar verib. Cümhuriyyət tarixinin işlənməsini prezident şəxsi nəzarəti altında saxlayır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılması məqsədilə bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında göstəriş vermişdi. Xüsusi ehtiramla bildirirəm ki, prezident İlham Əliyev isə ikicildlik ensiklopedik nəşrin çapı haqqında göstəriş verdi. Bu ensiklopediya ikinci dəfə də çap olundu. Hesab edirəm ki, bu ensiklopediya Cümhuriyyət tariximizə qoyulan çox böyük abidədir. Cənab prezident Tarix İnstitutuna qəti olaraq tapşırıb ki, Cümhuriyyət tarixi ilə bağlı araşdırmalar genişləndirilsin. Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan beynəlxalq elmi konfrans keçirəcəyik. Tarix İnstitutu bu gün Elmi Şurasını keçirib. Bütün tarixçilərin adından prezident İlham Əliyevə minnətdarlıq məktubu göndəriləcək. Eyni zamanda qərar qəbul olundu ki, "Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri" adlı xüsusi kitab çap olunsun. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram".
Millət vəkili Zahid Oruc deyib ki, ölkə başçısının qərarı Cümhuriyyət ideallarının əbədiyaşar olduğunu,onun müstəqil Azərbaycan dövlətinin quruculuğunda əhəmiyyətli yer tutduğunu göstərməyə,100 illik tariximizə sahib durmağa və ADR-in mənəvi-siyasi mirasını qoruyub saxlamağa xidmət edir. Onun sözlərinə görə, ötən on illər ərzində təkcə dövlət atributları-bayraq, gerb, himnlə bağlı deyil, eləcə də Şərqdə ilk demokratik respublika təsis edərək xalqımızın min illlik arzularını gerçəkləşdirməyə qadir olmaq həqiqətən də misilsiz bir hadisədir: "Sovetlər Birliyinin çöküşü ilə dünya siyasi xəritəsində öz varlığını və milli azadlıq arzularını gerçəkləşdirməyi bacaran bir xalqın öz milli üstəqilliyinin 100 illik yubileyini qeyd etməyə tam haqqı var.Hər nə qədər 70 illik sovet dönəmindən keçilsə də tarixi arasıkəsilməzlik milli məfkurə sistemimizin əsasını təşkil edir.Ona görə prezident İlham Əliyev bir əsrin bütün mənəvi-ruhi bağlarını-Cümhuriyyət irsini Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik xəzinəsi ilə birləşdirərək keçmişlə gələcək arasında dərin bir varislik ənənəsi yaratmış olur. Ölkə rəhbərinin qərarı təkcə hakimiyyət orqanlarının deyil,hər bir azərbaycanlının üzərinə məsuliyyət qoyur ki,onlar müstəqilliyimizin 100 illik səlnaməsinə dəyərli töhfələrini verə bilsinlər.Əslində tarixin hər bir səhifəsindən-hətta o ağrılı hekəyətlərlə olsa belə,faydalanmağı bacaran liderlərzamanın fövqünə qalxa və öz millətinin taleyində əbədi izlər qoya bilirlər".
Millət vəkili Sahib Alıyev bildirib ki, cənab Prezidentin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi dövlətimizin öz tarixinə olan bağlılığının və ona daima sahib olmasının göstəricisidir. Sahib Alıyev öz növbəsində hesab edir ki, ölkə Prezidenti öz çıxışlarında dəfələrlə Heydər Əliyev siyasi kursuna sadiq qalacağını vurğulayıb və atdığı addımlar, yeritdiyi siyasətdə də bunu görmüşük, görürük: "Dövlət başçımızın 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi də həm kökü çox qədimlərə gedən dövlətçilik ənənələrimizə sayğının, həm də Heydər Əliyev kursuna sadiqliyin növbəti təsdiqidir. Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını da dövlət rəmzimiz kimi Naxçıvanda ilk qaldıran məhz Ulu Öndər olmuşdu".
Alim