Gündəm
Yer kürəsi üçün hökm çıxarıldı
Yer planetində davam edən qlobal istiləşmə həyatı dözülməz edəcək və ultrayüksək temperatura görə planet cəhənnəmə çevriləcək. Belə xəbərdarlıqla britaniyalı məşhur fizik Stiven Xokinq çıxış edib.
Bakıda dördmərtəbəli binada yanğın qeydə alınıb- 7 sakin təxiyyə edilib
Bakı şəhəri, Xətai rayonunda dördmərtəbəli binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb.
Qardaşının evində özünü asdı
Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Rayon sakini, 1970-ci il təvəllüdlü Arif Alıyev qardaşına məxsus evdə özünü asıb.
Polis narkoticarətçilərə qarşı əməliyyat keçirdi
Ötən gün polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri uğurla nəticələnib, 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Orta aylıq əməkhaqqı artıb
2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 525 manat təşkil edib.
Fəsillərin daxil olma vaxtı AÇIQLANDI
Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yaz fəsli ölkəmizdə bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15:30 daxil olacaq.
Azərbaycanda daha 37 nəfər şübhəli saxlanıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası bəlli olub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanvarın10-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.
Körpələr üçün nəzərdə tutulan qidalardan qorxunc bakteriya AŞKARLANDI
Fransada körpələr üçün nəzərdə tutulan toz qidalardan və süddən salmonella bakteriyası aşkar edilib. Fransa Tibbi Sanitariya xidməti bu qidaların və südün toplanmasına qərar verib. Lakin, ölkədə fəaliyyət göstərən bir çox marketlərdə bu qərara məhəl qoyulmayıb və qidalar hələ də satılır.
Elektron hökumətlə bağlı seminarlar keçirilib
“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Elektron hökumət – müasir gəncliyin trendi” layihəsinə yekun vurub.
“Neftçi” üçün honduraslı yarımmüdafiəçi
Qış fasiləsində 10 futbolçunu düşərgədən uzaqlaşdıran "Neftçi" transfer bazarında fəallığını artırıb. Klub rəhbərliyi heyəti gücləndirmək istiqamətində konkret addımlar atır. Paytaxt təmsilçisi prezident Orxan Hüseynzadənin imzasıyla daha bir legionerə rəsmi təklif göndərib. Bakılıların birbaşa müqavilə bağlamaq istədiyi futbolçu Alfredo Antonio Mejia Eskobardı. Honduras yığmasının üzvü son mövsümü Yunanıstanda keçirib. 2017-ci ilin əvvəlində "Ksanti" ilə anlaşan 27 yaşlı yarımmüdafiəçi 21 oyunda 2 dəfə fərqlənib.
Deputat: "2018-ci il də iqtisadi uğurlarla yadda qalacaq"
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında qeyd etdiyi kimi, 2017-ci il çox böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir.
Xatundan qalmaqallı sözlər: "Fatimə məndən oğurluq etdi"
Müğənni Xatun Əliyeva rəqqasə Fatimə Fətəliyevanı oğurluqda günahlandırıb. Sənətçi "Səhər-səhər" verilişində bildirib ki, rəfiqəsi onun fotosessiyasını oğurlayıb: "Yeni ilin gəlişi ilə bağlı fotosessiya etdirdim. Bunu ilk dəfə mən etdim.
Ailəsi Həcc ziyarətində olan 8 yaşlı qızı oğurladı, ZORLAYIB ÖLDÜRDÜ - VİDEO
Pakistanda tükürpədici hadisə baş verib.Quran kursundan çıxan qız uşağını oğurlayan şəxs onu zorlayıb, öldürüb. 8 yaşlı qıza təcavüz etdikdən sonra öldürüb, zibillyə atıb. Polislər şübhəlinin tutulması üçün axtarışa başlayıblar. Həmin şəxsin qızı qaçırıb, oğurladığı anların təhlükəsizlik kamerası görüntüləri əldə edilib. Qızın cəsədi evinin iki kilometliyində tapılıb.
500 minlik kapitana Azərbaycan variantı
Mali yığmasının yarımmüdafiəçisi Yakuba Silla karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə məlumatı Fransa mətbuatı yayıb. Bildirilir ki, "Renn" klubu 28 yaşlı futbolçunu transferə çıxarıb. Son olaraq icarə əsasında "Panatinaikos"da çıxış edən Silla fransızlara lazım deyil. Afrikalı üçün artıq ilk təkliflər gəlib. Belə ki, "Osmanlıspor" (Türkiyə) və "Legiya" (Polşa) Sillanı icarəyə götürmək üçün Liqa 1 təmsilçisinə müraciət edib.
Səidənin qısa geyimi başına bəla oldu: Niyə bu abırda gəlirsən ki...
Ötən axşam "5/5"in qonaqlarından biri olan Səidə Sultanın qara rəngli qısa şortu olay olub. Aparıcı Zaur Kamal "Deyirdi şortiklə gələcəm, gəldin ha...! Balaca da, böyük də efirə baxır, Səidə. Elə mən dediyim kimi - o şalı bağlı gəl" deyərək Səidə Sultanı studiaya dəvət edib.














