Elektron hökumətlə bağlı seminarlar keçirilib
“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Elektron hökumət – müasir gəncliyin trendi” layihəsinə yekun vurub.
11 Yanvar 2018 12:44 Sosial"İnnovasiyaya Doğru" Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Elektron hökumət - müasir gəncliyin trendi" layihəsinə yekun vurub. "OLAYLAR"-a daxil olan məlumata görə.
"İnnovasiyaya Doğru" Gənclərə Dəstək İB-nin sədri Rəşad Cəfərov bildirib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə hər bir gəncin informasiya cəmiyyətinin yeniliklərindən xəbərdar olmasının vacibdir. R. Cəfərov vətəndaş-məmur əlaqələrinin sürətlə elektron hökumət üzərinə transformasiya olunduğuna diqqət çəkərək qeyd edib ki, elektron hökumətin təqdim etdiyi xidmtlərdən istifadə etməyi hər kəs bacarmalıdır.
Qeyd edək ki, Ağdam rayonunda və Bakı şəhərində həyata keçirilən bu layihədə sözügedən sahənin problemlərinin qismən də olsa həlli, gənclər arasında maarifləndirmə işinin aparılması, elektron imza, elektron hökumət və açıq hökumət portalı barədə geniş məlumatlandırma işi aparılıb. Seminarlara ümumilikdə 300-ə yaxın gənc cəlb olunub.