Ölkədə mövcud olan sabitlik onun inkişafını şərtləndirən başlıca amillərdəndir

Hər bir ölkənin inkişafını şərtləndirən başlıca amillərdən biri də həmin ölkədə ictimai-siyasi sabitliyin hökm sürməsidir. Bu birmənalıdır ki, siyasi sabitlik, vətəndaş həmərəyliyi, xalqın iqtidara etimadı və inamı olmayan heç bir dövlətdə inkişaf baş verə bilməz. Bura təkcə siyasi inkişaf deyil, eləcə də iqtisadi. Sosial, mədəni və s. sahələri aid etmək olar. Bütün bunların fonunda bu gün dünyada cərəyan edən proseslər, ayrı-ayrı ölkələrdə baş verən hadisələrə nəzər yetirdikdə və həmin ölkələri Azərbaycanla müqayisə etdikdə hər birimizin ürəyincə olan mənzərə ortaya çıxır.

Hər bir ölkənin inkişafını şərtləndirən başlıca amillərdən biri də həmin ölkədə ictimai-siyasi sabitliyin hökm sürməsidir. Bu birmənalıdır ki, siyasi sabitlik, vətəndaş həmərəyliyi, xalqın iqtidara etimadı və inamı olmayan heç bir dövlətdə inkişaf baş verə bilməz. Bura təkcə siyasi inkişaf deyil, eləcə də iqtisadi. Sosial, mədəni və s. sahələri aid etmək olar. Bütün bunların fonunda bu gün dünyada cərəyan edən proseslər, ayrı-ayrı ölkələrdə baş verən hadisələrə nəzər yetirdikdə və həmin ölkələri Azərbaycanla müqayisə etdikdə hər birimizin ürəyincə olan mənzərə ortaya çıxır. Əslində belə bir mənzərə göz önündədir və onun əlavə təbliğinə, cəmiyyətə ətraflı şəkildə çatdırılmasına o qədər də zərurət yoxdur. Çünki hər bir Azərbaycan vətəndaşı bunu öz gündəlik həyatında yaşayır, hiss edir. Bu baxımdan əminliklə və mübaliğəsiz şəkildə deyə bilərik ki, Azərbaycanın bu sahədə bəxti gətirib. Amma bir həqiqət də var ki, ölkədə mövcud olan ictimai-siyasi sabitliyi bəxtlə əlaqələndirmək, yaxud onu tanrının Azərbaycana bi lütfü kimi xarakterizə etmək də doğru olmazdı. Çünki istənilən ölkədə düzgün idarəetmə mexanizminin olmaması, xalqın hakimiyyətdən, onun rəhərindən narazı qalması, vətəndaşla məmur təbəqəsi arasında dərin uçurumun olması gec-tez həmin ölkədə ictimai-siyasi sabitliyin pozulması, xalq kütlələrinin etiraza qalxması ilə nəticələnir. Düzdür, burada xarici təsirlərin də rolu danılmaz olur. Amma bunu da birmənalı olaraq vurğulaya bilərik ki, xarici təsirlər də məhz qeyd etdiyimiz problemlərin, anlaşılmazlıqların mövcud olduğu ölkələrə daja çox sirayət edir. Yəni, əhalinin hakimiyyətdən narazılığı, sosail problemlərin getdikcə qabarması, cəmiyyətdə artan etirazlar bir növ xarici qüvvələr üçün göydəndüşmə olur və onların bu və ya digər ölkəyə müdaxiləsi asanlaşır. Necə ki, biz bunu son vaxtlar Ukrayna, eləcə də cənub qonşumuz İran İslam Respublikasında yaşanan olaylar fonunda gördük. Eləcə də bundan əvvəl Misir, Liviya, Yəmən, Suriya və digər bu kimi ölkələrdə eyni prosesləri müşahidə etdik. Bütün bu qeyd etdiyimiz ölkələrdə yaşanan daxili qarşıdurmalar və etiraz aksiyaları, xalq kütlələrinin hakimiyyət əleyhinə çıxışı məhz həmin ölkələrdə mövcud hakimiyyətlərin xalqdan uzaq düşməsinin məntiqi nəticəsi idi. Amma qeyd etdiyimiz kimi Azərbaycan bütün bu mənfi tendensiyalardan kənardadır. Bunun da başlıca səbəbi yuxarıda vurğuladığımız kimi iqtidarın xalqla yekdil olması, hakimiyyətin, ölkə rəhbərinin hər bir vətəndaşın ən xırda probleminə belə həssas yanaşmasıdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda xalqla hakimiyyət arasında birlik mövcuddur ki, bu da ölkədə sabitliyin qorunmasında mühüm faktorlardan biridir. Düzdür, ölkəmizdə mövcud olan bu sabitlik və sabitliyin fonunda Azərbaycanın əldə etdiyi uğurlar, onun iqtisadi inkişafı bəzi xarici dairələrın ürəyincə deyil və onlar imkan düşdükcə günümüzdə bir sıra ölkələrdə hökm sürən xaos, anarxiyanı Azərbaycana daşımaq istəyirlər. Ancaq cəmiyyətin, xalqın digər ölkələr kimi Azərbaycana da demokratiya adı altında ölkəyə xaos, anarxiya gətirmək ideyasına qarşı çıxması, buna çalışan qüvvələri dəstəkləməməsi həmin antiAzərbaycan şəbəkənin planlarını alt-üst edir. Elə başa vurduğumuz 2017-ci il ərzində də buna yönəlik cəhdləri Azərbaycan xalqı qətiyyətlə geri çevirdi və ona dəstək vermədi. Çünki cəmiyyət demokratiya adı altında ölkələrə gətirilən müsibətlər, daxili qarşıdurma, xaos, anarxiyanı görür və bu cür mənfi tendensiyaların Azərbaycanda yaşanmasını istəmir.

Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, cəmiyyətin nümayiş etdirdiyi bu mövqe, xalqın dövlətçiliyə bağlılığı hakimiyyət tərəfindən də yüksək qiymətləndirilir, təqdir olunur. Çünki hər iki tərəf ümumi işə, Azərbaycanın daha da inkişaf etməsinə, ölkədə mövcud olan siyasi sabitlik və inkişafın davamlı xarakter daşımasına çalışır. Bunun üçünsə ölkədə sabitliyin qorunub saxlanması şərtdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi sabitlik olmayan ölkədə inkişafdan söhbət gedə bilməz. Elə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı da dövlət başçısı bu məsələyə toxunaraq bildirib ki, xalq-iqtidar birliyi nəticəsində 2018-ci ildə də Azərbaycanda müsbət meyillər güclənəcək: "Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir". Dövlət başçısı bildirib ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır: "Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır. Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir".

Qarşıdan prezident seçkilərinin gəldiyini və Azərbaycan xalqının da mövud sabitliyin qorunub-saxlanmasında maraqlı olduğunu nəzərə alsaq, o zaman qətiyyətlə deyə bilərik ki, cəmiyyət bu dəfəki seçkilərdə də mövcud iqtidara dəstək nümayiş etdirəcək. Çünki hazırkı hakimiyyət Azərbaycanda siyasi sabitliyin qorunması və bunun da nəticəsində ölkənin inkişaf etdirilməsinin qarantıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31