2018-ci ilin iqtisadi inkişaf yolu göstərildi

Ölkədə islahatar ili elan edilən 2017-ci ili uğurla başa vurduq. Ötən ildə demək olar ki, qarşıya qoyulan bütün vəzifələrin icrasına nail olundu. Dünya ölklərində iqtisadi geriləmə yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatında dinamik inkişaf qeydə alındı. Daha doğrusu, ölkənin gələcək inkişafını təmin edəcək iqtisadi baza yaradıldı. Artıq Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ixtisaslaşmış beynəlxalq maliyyə qurumları tərəfindən də tədqir olunmaqdadır.

Prezident: "Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır"

Ölkədə islahatar ili elan edilən 2017-ci ili uğurla başa vurduq. Ötən ildə demək olar ki, qarşıya qoyulan bütün vəzifələrin icrasına nail olundu. Dünya ölklərində iqtisadi geriləmə yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatında dinamik inkişaf qeydə alındı. Daha doğrusu, ölkənin gələcək inkişafını təmin edəcək iqtisadi baza yaradıldı. Artıq Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ixtisaslaşmış beynəlxalq maliyyə qurumları tərəfindən də tədqir olunmaqdadır. Məhz ötən ilin iqtisadi uğurlarını nəzərə alan BMT, Azərbaycan iqtisadiyyatının həcminin 2018-ci ildə 1,8 faiz artacağını proqnozlaşdırır. Şübhəsiz ki, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar kompleks inkişafımıza gətirib çıxarıb. Ötən ilin sosial-iqtisadi qiymətləndirilməsi iqtisadi sahədə həyata keçirilən tədbirlərin məqsədyönlülüyündən xəbər verir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanın uğuru yeni çağırışlara adekvat olaraq bütün sahələrdə davamlı islahatların aparılması ilə bağlıdır. Ötən müddətdə bu məqsədlə imzalanmış fərman və sərəncamlar da göstərir ki, dövlət başçısı orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. İqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla, dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Məhz Azərbaycan dövləti də düşünülmüş, çoxşaxəli iqtisadi siyasət yolunu seçib ki, nəticədə uğurli nəticələr əldə edilib. Təsadüfi deyil ki, Prezident İlham Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qeyd edib ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir: "Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir".
Məlumat üçün qeyd edək ki, ötən il qeyri-neft sektorunda artım 2,5 faiz, kənd təsərrüfatında isə 4,1 faiz artım qeydə alınıb. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Ümumilikdə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Ölkənin ixrac potensialı 19 faiz artıb. Təkcə bu faktlar deməyə əsas verir ki, prezident İlham Əliyevin həyat keçirdiyi uğurli iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Dövlət başçısısa da bəyan edib ki, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir: "Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır".
Millət vəkili Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında qeyd etdiyi kimi, 2017-ci il çox böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir: "2017-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğrultdu. Baxmayaraq ki, dünyada maliyyə böhranı yaşanır, ancaq Azərbaycanda 2017-ci il ümumdaxili məhsulda artımla yekunlaşdı. Bu ona əsas verir ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək, böyük layihələr həyata keçiriləcək. 2018-ci ildə TANAP layihəsi işə düçəcək və Azərbaycanın təbii qazı Türkiyəyə və sonrakı illərdə isə Avropaya çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləyəcək və bilirsiniz ki, bu dəmir yolunun 10 milyon tondan artıq yükdaşıma qabiliyyəti var. Eyni zamanda, bu xətt vasitəsilə 1 milyondan artıq sərnişin daşınması proqnozlaşdırılır". Deputat əlavə edib ki, necə ki, 2017-ci il iqtisadi islahatlar ili kimi səciyyələndirilir, 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq. İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, 2018-ci ildə də iqtisadi artımların olacağı şübhə doğurmur. Ekspert 2018-ci ildə Azərbaycan iqtisadiyyatını qiymətləndirən zaman iqtisadi sektorlar üzrə fərqli qiymətləndirmənin və fərqli dəyişikliklərin olcağının gözlənildiyni bildirib: "Bəzi sektorlarda 2018-ci ildə ki, iqtisadi artıma uyğun olaraq artım qeydə alınacağı gözlənilir. Xüsusən, inşaat və xidmət sektorlarında artım gözlənilir. Ümumilikdə 2018-ci il bütövlükdə iqtisadiyyat üçün uğurlu il olacağı proqnozlaşdırılır. Çünki həm Azərbaycan hökuməti həm beynəlxalq qurumlar 2018-ci ildə Azərbayvan iqtisadiyyatının 2% artacağını proqnozlaşdırırlar". Hazırda 2018-ci ildə də Azərbaycanda iqtisadi artımların olacağı heç kimdə şübhə doğurmur. Çünki, ölkədə düşünülmüş iqtisadi siyasət həyata keçirilməkdədir və dövlət başçısı iqtisadi inkişafın əldə ediləcəyinə əminliyini ifadə edib: "Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31