Gündəm
XİN: Türkiyə Suriyada hərbi əməliyyatlara başlamağa məcbur idi
Türkiyə Suriyada hərbi əməliyyatlara başlamağa məcbur idi. Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, bu gün PYD və YPG terrorçuları Suriya ərazisinin 25 faizinə nəzarət edir. M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləyəcək və bu torpaqları sakinlərinə qaytaracaq: "Zeytun budağı" əməliyyatı Suriya kürdlərinə qarşı yönəlməyib. PYD və YPG-yə qarşı döyüşən "Azad Suriya Ordusu"nun tərkibində də kürdlər var".
Deputatın oğluna vəzifə verildi
Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğluna vəzifə verilib.Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktor müavini təyin edilib. Faktı Dövlət Reklam Agentliyindən təsdiqləyiblər.
MTRŞ ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib
Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, ATV-də yayımlanan həmin verilişdə bəzi saytların yazdığı kimi, milli dəyərlərə zidd heç nə yoxdur: “Məsələni başqa konteksə yönəltməyə ehtiyac yoxdur və belə söhbətlər və şərhlər ayıbdır. Adi şoudur. Heç bir kanalda belə hala yol verilə bilməz və bu hala yol vermələrinə inanmıram”.
Azərbaycan 22 qanunsuz miqrant saxlanılıb
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10 nəfər Türkiyə Respublikası, 7 nəfər Pakistan İslam Respublikası, 4 nəfər Hindistan Respublikası və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 22 əcnəbi saxlanılıb.
Külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdlərin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdikdən sonra üzərində bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilib.
Daxili orqanında narkotik vasitə keçirmək istədi
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında 1 bükümdə, xalis çəkisi 4,424 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı
Azərbaycan Texniki Universiteti və İdeyalarla Parlayan Gələcək (İPG) kurslarının birgə təşkilatçılığı ilə AzTU-nun magistratura səviyyəsinə hazırlaşan tələbələri üçün ödənişsiz SINAQ imtahanı keçirilib. “OLAYLAR”-a Təhsil ocağından bildirilib ki, imtahanda 100-dən artıq tələbə iştirak edib və sonda iştirakçı tələbələrə müvafiq fənlər üzrə nümunəvi testlər təqdim olunub.
Kopenhagendə Afrin hərəkatına dəstək aksiyası keçiriləcək
Danimarkanın paytaxtı Kopenhagendə Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçiriləcək. “OLAYLAR” xəbər verir ki, Afrin Hərəkatına dəstək adı altında keçiriləcək aksiya Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında gerçəkləşəcək. Avropa Türk Dərnəkləri Təşkilatı və Danimarka Ülkü Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutacaq aksiya fevralın 2-də keçiriləcək. Afrinə Hərəkatına dəstək aksiyasında Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti də iştirak edəcək.
Ev alan jurnalistlərə müjdə
Media nümayəndələri üçün tikilmiş ikinci binadan mənzil sahibi olan kütləvi informasiya vasitələri nümayəndələrinə mənzillərin açarları təqdim ediləcək. “OLAYLAR” Azərbaycan Respublikasının Preezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna istinadən xəbər verir ki, mənzil sahibi olan KİV təmsilçilərinə açarlar yanvarın 30-da veriləcək. Açarlar mənzil sahiblərinə Beynəlxalq Mətbuat Mərkəzində təqdim ediləcək.
Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparıldığı müddət uzadıldı
Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitib, amma müzakirələri uzatmağa ehtiyacın olduğunu görürük. Məlumata görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.
Ali məktəblərdə bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsi qadağan edilib
Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nı təsdiq edib. Məlumata görə, bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.
Kiyevdə ATIŞMA - Ölən və yaralanan var
Kiyevdə atışma baş verib. Məlumata görə, bu barədə xəbəri Ukrayna milli polisi təsdiqləyib. Polisin insidentlə bağlı yaydığı xəbərdə deyilir ki, atışma nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Komitə sədri: "Komissiya yəqin ki, yazılış forması kimi "İsgəndər"i, "əsgər"i qəbul edəcək"
Bu gün kütlə “əskər” sözünün bu cür yazılışını dəstəkləmir. Dilçilərin 50 faizinin fikrincə də “İsgəndər, əsgər" yazılmalıdır. Komissiya da yəqin ki, bu sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında əhalinin kommunal problemlərinin həlli başlıca prioritetlərdəndir
2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının əsas hədəf istiqamətlərində yer alan məsələlərdən biri də yerlərdə infrastrukturun yaradılması, əhalinin kommunal problemlərinin həll edilməsi idi. Əhalinin kommunal problemlərinin həll edilməsi istiqamətində regionların içməli su təchizatının müasir standartlara uyğun qurulması, əhalinin təbii qazla təminatı və vətəndaşların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına məhz Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilirdi. Ümumiyyətlə, əhalinin kommunla problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olan məsələlərdən biri olub. Bu məsələ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası zamanı da diqqətdən kənarda qalmayıb. Kommunal problemlər sırasında yer alan hər bir istiqamət kimi əhalinin təbii qazla təminatı məsələsinə də istər 2004-2008, istər 2008-2012, istərsə də 2014-2018-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilib və bu istiqamətdə məqsədyönlü addımlar atılıb.
Dövlət Proqramlarının hədəf və vəzifələri Azərbaycanın hərtərəfli inkişafına hesablanıb
Müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafında 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi əhəmiyyəti və önəmi var. Məhz sözügedən Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsindədir. Eyni zamanda bu inkişaf tendensiyası günümüzdə bir sıra ölkələr tərəfindən öyrənilir, tədqiq olunur.







.jpg)






