Gündəm

İsa Həbibbəyli: "Yeni qaydalarla bağlı təklif verənlərin yazdığı bir cümlədə 13 səhv olur"

29 Yanvar 2018 15:14

Alimlər yeni orfoqrafiya qaydalarını başa düşürlər. Ancaq çox təəssüf ki, bəzi yazıçılar, jurnalistlər sosial şəbəkələrdə bu qaydalarla bağlı əsassız təkliflər verirlər. Onların yazdığı bir cümlədə 13 səhv olur. Məlumata görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

Meydan TV-nin Facebook səhifələri ələ keçirildi... Həbib Müntəzir

29 Yanvar 2018 15:12

Bu barədə H.Müntəzir Facebookda yazdığı statusda bildirib. Statusu təqdim edirik: “5 ildir fəaliyyət göstərən Meydan TV'nin hər üç dildə Facebook səhifələrini ələ keçirib, siliblər. Sosial media meneceri olaraq bütün məsuliyyət mənim üzərimdədir. Vəzifəmdən istefa verirəm. Ümid edirəm, rəhbərlik istefamı qəbul edər”.

Messi Ronaldunu geridə qoydu

29 Yanvar 2018 15:07

İspaniya La Liqasının 21-ci turunda "Alaves"i qəbul edən "Barselona" hesabda geri düşsə də, sonda 3 xalı qazana bilib - 2:1. Qələbə qolunu cərimə zərbəsindən Lionel Messi rəqibin qapısından keçirib.

Prezident BƏƏ Prezidentinə başsağlığı verdi

29 Yanvar 2018 15:05

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı verib. Başsağlığında deyilir: "Əlahəzrət, Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.

İlham Əliyev Finlandiya və Çexiya prezidentlərini təbrik etdi

29 Yanvar 2018 15:04

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

İlkin əlillik təyin olunanların sayı azalıb

29 Yanvar 2018 15:02

Tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. 

Ərəb dünyası üzrə İslam Mədəniyyətinin Paytaxtı elan olunub

29 Yanvar 2018 14:59

Bəhreyn Krallığının Muharraq şəhərinin Ərəb dünyası üzrə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsinin açılış mərasimi keçirilib. “OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının baş katibi, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edir.

Ərəbistan vətəndaşlarının ölkədən məcburi qaydada çıxarılması üçün müraciət ediləcək

29 Yanvar 2018 14:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilib. Olaylar.az bildirir ki,  Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb.  Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.

Türkiyədə Anarın 80 illiyi ilə bağlı tədbir keçirilib

29 Yanvar 2018 14:59

Türkiyənin Elazığ vilayətində Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, . Elazığdakı "Manas nəşriyyatı” tərəfindən təşkil edilən tədbirdə yazıçı və şairlər, ziyalılar iştirak edib. Əvvəlcə yazıçı Anarın həyatından bəhs edən videofilm nümayiş olunub.

Prezident: “Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlər görülməlidir”

29 Yanvar 2018 14:56

“Qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya xidmətləri ilə təminat sahəsində işlərin davam etdirilməsi vacibdir”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

“Putinin əmrinə tabe olmaram” deyib lovğalanan general Makaryan haqda fərman verildi

29 Yanvar 2018 14:53

Ermənistan prezidenti Serj Sərkisyan general-mayor Andranik Makaryanı silahlı qüvvələrin Baş qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsinə təyin edib. Sərkisyanın digər fərmanı ilə general Makaryan Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı vəzifəsindən azad olunub.

Allahşükür Paşazadə: "Qarabağ münaqişəsinin həlli üçün bütün müsəlmanları birliyə çağırırıq"

29 Yanvar 2018 14:51

"Azərbaycan İslam dünyasının bir parçasıdır və müsəlman ölkələrində baş verən mənfi proseslər, tendensiyalar bizim üçün də narahatlıq doğuran amillərdəndir". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxalq konfransda bildirib.

Dövlət başçısı: “Son 14 ildə əhalimizin sayı 1,5 milyon nəfər artıb”

29 Yanvar 2018 14:48

“Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əsas məqsəd dövlətin qüdrətini artırmaq və müstəqilliyimizi möhkəmləndirməkdən ibarətdir”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Balakəndə narkotik əməliyyatı

29 Yanvar 2018 14:46

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanılıblar.

DGK sədri: “Rusiyaya pomidor ixracında problem yaşanmamalıdır ”

29 Yanvar 2018 14:43

“2018-ci ildə Azərbaycan pomidorlarının Rusiyaya ixracı üzrə problem olmamalıdır”. “Olaylar”ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.