Türkiyədə Anarın 80 illiyi ilə bağlı tədbir keçirilib
Türkiyənin Elazığ vilayətində Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, . Elazığdakı "Manas nəşriyyatı” tərəfindən təşkil edilən tədbirdə yazıçı və şairlər, ziyalılar iştirak edib. Əvvəlcə yazıçı Anarın həyatından bəhs edən videofilm nümayiş olunub.
29 Yanvar 2018 14:59 MədəniyyətTürkiyənin Elazığ vilayətində Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. "OLAYLAR" xəbər verir ki, . Elazığdakı "Manas nəşriyyatı" tərəfindən təşkil edilən tədbirdə yazıçı və şairlər, ziyalılar iştirak edib. Əvvəlcə yazıçı Anarın həyatından bəhs edən videofilm nümayiş olunub. Tədbirdə çıxış edən edənlər yazıçı Anarın həyat və yaradıcılığından danışıblar. Tədbir zamanı yazıçı Anarla videobağlantı yaradılıb. Həmçinin professor Asif Rüstəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də videobağlantı ilə tədbirə qatılıb, fikirlərini bölüşüblər. Tədbirdə iştirak edən şairlər Azərbaycanla bağlı yazdıqları şerləri səsləndiriblər. Həmçinin Azərbaycan musiqiləri səsləndirilib.
Qeyd edək ki, Elazığdakı "Manas Nəqşiyyatı"nın açılış mərasimi də zamanında yazıçı Anarın iştirakı ilə baş tutub.