Gündəm
İlin ilk Ay tutulması olacaq
Bu gün Ay tutulması hadisəsi baş verəcək. Bu astronomik hadisə ilə bağlı açıqlama verən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayacaq.
Fiziki məhdudiyyət xoşbəxtlik üçün əngəl deyil VİDEO - FOTO
Ötən il iyunun 19-da Gəncədəki şadlıq saraylarından birində keçirilən toy həmişəki kimi insanların qol qaldırıb oynadığı, sevindiyi və təbriklər söylədiyi ənənəvi çal-çağırlı toylardan fərqlənirdi. Toyu fərqli edən səbəb isə bəylə gəlinin - Namazla Fatimənin uşaqlıqdan inkişaf zəifliyi xəstəliyinin daşıyıcısı olması idi. Namaz çox sevincli görünürdü. Həkimlər ona bir neçə aydan sonra ata olacağının müjdəsini vermişdilər. Həm Namazı, həm də Fatiməni daha çox xoşbəxt edən isə həkimlərin onlara övladlarının tam sağlam olacağı barədə verdiyi xəbər idi.
Qara Qarayevin xatirəsi İstanbulda anılacaq
Fevralın 19-dan 23-dək İstanbulda Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr edilən tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “İSTAD – İstanbul” Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşacaq tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin kollektivi də iştirak edəcək.
Qara dənizdə hərbi təlimlər
NATO-nun SNMG-2 (Standing NATO Maritime Group) və SNMCMG-2 (Standing NATO Mine Countermeasures Group) daimi hərbi-dəniz qruplaşmaları Qara dənizdə keçiriləcək birgə təlimlərin detalların təmzinlənməsii məqsədi ilə fevralın 1- də Rumıniyanın Konstansa limanına gələcək.
Tofiq Kazımovun xatirəsi yad edildi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, pedaqoq, Xalq Artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıb.1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla yanaşı, gənclərin teatra cəlb olunmasında da böyük xidmətlər göstərib.
Terrorçu Soçi konqresində
Türkiyənin Xarici İşlər Nazirliyi terrorçu Mihrac Uralın Soçi konqresində iştirak etməsi ilə bağlı Rusiyadan izahat istəyib. Tədbirdə iştirak edən Türkiyənin nümayəndə heyəti 2013-cü ildə Reyhanlıda 52 nəfərin ölümü ilə nəticələnən terror hücumunda iştirak etmiş Türkiyə Xalq Qurtuluş Partiyasının üzvü Mihrac Uralın Soçi konqresinin iştirakçıları arasında olmasını narazılıqla qarşılayıb.
Bu ölkədə bazar günü ticarət QADAĞAN OLUNDU
Yanvarın 30-da Polşa prezidenti Anjey Duda həftənin bazar günü ticarəti qadağan edən qanunu imzalayıb. Qanun 2018-ci ilin martından 2020-ci ilin yanvarınadək müəyyənləşdirilən keçid dövrü ərzində tədricən qüvvəyə minəcək. Mağazalar martdan başlayaraq ayın yalnız ilk və son bazar günləri, 2019-cu ildə yalnız ayın son bazar günü ticarətlə məşğul ola biləcək. 2020-ci ildən başlayaraq həftəsonu ticarətinə tam qadağa tətbiq olunacaq.
Hərbi korteji partladıldı - Türkiyədə
Məşhur aktyorun faciəli sonu
Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olundu
rbaycan Dillər Universitetində Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olunub. Tədbirdə “Maariflənmə nədir” mövzusunda təcrübə mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova birliyin yaranmasını zəruri edən səbəblər, onun məqsədləri və qarşıda duran vəzifələrdən söz açıb.
Amerikalılar istehsalçılardan smartfonlara qurulan batareyaları çıxarılıb taxılan etməyi tələb edirlər
Vaşinqton ştatında istehlakçılar üçün sadələşdirilmiş elektronika təmirini təmin etmək üçün nəzərdə tutulmuş qanun layihəsi nəzərdən keçirilir. "Apple" şirkətinin "iPhone" smartfonunda məhsuldarlığın azaldılması ilə bağlı etirafı sözügedən qanun layihəsinin qəbulunu gündəmə gətirib. Həm də müasir cihazların təmiri ilə bağlı çətinlik ictimaiyyətin diqqətini yenidən cəlb edib.
Dubayda evlər zibildən əldə edilmiş elektrik enerjisi ilə isidiləcək
Dubay bələdiyyəsi zibildən elektrik enerjisi əldə etmək üçün “Waste to Energy” (WTE) adlı böyük layihə istifadəyə verib. Layihənin gücü il ərzində 120 min evi "təmiz enerji" ilə təmin etməyə kifayət edəcək. Bu haqda “Khaleej Times” nəşri yazır.
Onun sağaltmadığı xəstəlik yoxdur…
Gözəl ətri və rəngi olan limon A, B və C vitamin ilə zəngindir. 12 növ xərçəng xəstəliyinin qarşısını alır. Qaraciyərdəki bütün xəstəliklərin dərmanıdır. Qanı təmizləyir. Qrip və öskürəkdə çox faydalıdır. Mikrob öldürücüdür.
Teatra təşəkkür edildi
Azərbaycan Dövlət Musiqili Teatrının solistləri Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyi münasibətilə keçirilən tədbirdə fəal iştirak ediblər. Teatrın mətbuat xidmətindən Olaylar.az- a verilən məlumata görə, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə ünvanladığı təşəkkür məktubunda deyilir:
Mobil operativ yaddaşın qiyməti 3 faiz bahalaşacaq
2018-ci ilin birinci yarısında mobil operativ yaddaşın (DRAM) kontrakt qiymətləri əvvəlki rübə nisbətdə 3 faiz bahalaşacaq, illik hesablamada isə artım 5 faiz təşkil edəcək. Bu barədə "DRAMeXchange" analitik şirkətinin proqnozunda deyilir.














