Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olundu
rbaycan Dillər Universitetində Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olunub. Tədbirdə “Maariflənmə nədir” mövzusunda təcrübə mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova birliyin yaranmasını zəruri edən səbəblər, onun məqsədləri və qarşıda duran vəzifələrdən söz açıb.
30 Yanvar 2018 20:58 SosialAzərbaycan Dillər Universitetində Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olunub. Tədbirdə "Maariflənmə nədir" mövzusunda təcrübə mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova birliyin yaranmasını zəruri edən səbəblər, onun məqsədləri və qarşıda duran vəzifələrdən söz açıb. Onun sözlərinə görə, təşkilatın yaranması mərhələsində aparılan araşdırma zamanı universitetdə çalışan 40-a yaxın əməkdaşın dünyanın 12 aparıcı ali təhsil müəssisəsinin məzunu olduğu məlum olub.
Sonra digər çıxışçılar birliyin fəaliyyətinin əhəmiyyətindən danışıb və müxtəlif təkliflər irəli sürüblər.
Qeyd edək ki, Xarici Təhsilli Əməkdaşlar Birliyi ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təklifi əsasında universitetin Elmi Şurasının 28 noyabr 2017-ci il tarixli qərarı ilə yaradılıb. Birliyin əsas məqsədi ADU-da müxtəlif vəzifələrdə çalışan əməkdaşlar arasında sıx əlaqələr qurmaq, onlar arasında birlik və təcrübə mübadiləsini təbliğ və təmin etmək, habelə ADU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə birlik üzvlərinin bilik və bacarıqlarından yararlanmaları üçün şərait yaratmaq, öz təcrübələrinə əsaslanaraq onlara multikulturalizm dəyərlərini yaymaqdır.