Gündəm
Səddam Hüseynin qızı axtarışa verildi
İraqın hakimiyyət orqanları ilk dəfə axtarışda olan cinayətkarların siyahısını açıqlayıb. Siyahıda 60 şəxsin, o cümlədən keçmiş prezident Səddam Hüseynin İordaniyada olan böyük qızı Raqadın da adı var. Siyahıda İŞİD-in 28 səhra komandiri, "Əl Qaidə"nin 12 başçısı, Səddam Hüseynin devrilməsindən sonra 2003-cü ildə buraxılmış BƏƏS-in funksionerləri barədə informasiyalar və ittihamlar var.
Bostonda "Əli və Nino" filmi təqdim edildi
Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirildi. Tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak etmişdir. Səfirlikdən Olaylar.az - a bildirilib ki, təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunmuş, "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunki aktuallığını qeyd etmiş, bu əsərin onda böyük təəssürat yaratdığını qeyd etdi. Daha sonra çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhurriyətinin 100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam imzaladığını bildirdi. Azərbaycan diplomatı AXR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırlatdı.
Travma alan əsgərləri narkotiklə müalicə edəcəklər
Hollandiyada hərbi xidmət zamanı psixoloji travma alan hərbçilər ekstaz narkotik maddəsinin əsas tərkib hissəsi olan MDMA ilə müalicə ediləcək. Mütəxəssislərə görə, bu maddə insanları daha ünsiyyətcil edir, qorxu və panikanın qarşısını alır. MDMA sayəsində əsgərlər yaşadıqları travmanı rahat şəkildə dilə gətirirlər. Preparatdan istifadənin nəticələrini tədqiq edən şəxslərdən olan Leyden Universitetinin psixotravmatologiya mütəxəssisi Erik Vermetten bu dərmanın travma sonrası stress pozğunluğunu 83% müalicə etdiyini vurğulayır. Hollandiyalı mütəxəssis tədqiqatın son mərhələsində olduqlarını, nəticələrin müsbət çıxacağı təqdirdə 2021-ci ildə MDMA-in dərman kimi təqdim ediləcəyini qeyd edib.
Həyat yoldaşı növbəti dəfə Trampı utandırdı – VİDEO
Sosial şəbəkələrdə ABŞ-ın birinci xanımı Melaniya Trampın öz əri ilə birgə şəkil çəkdirməkdən imtina etdiyini göstərən kadrlar yayılıb. İnsident Florida ştatında Palm-Biç aeroportunda qeydə alınıb.
Ərdoğan: Rusiya ilə razılaşdıq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın La Stampa nəşrinə müsahibəsində Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı sövdələşməni şərh edib. Ərdoğanın sözlərinə görə, Rusiya tərəfi həm qiymət və ZRK-nın tədarük müddətləri, həm də birgə istehsalın başlanılması və texnologiyaların ötürülməsi ilə bağlı razılıq verib.
İnternetdə silah alveri ilə məşğul olan c 53 nəfəri tutuldu
NATO komandanı c türk bayrağını endirmək istədi
Türkiyə ordusuna aid tankın Afrində vurulması nəticəsində şəhid olan Məhəmməd Cahangir Çubukçunun İzmirdə yerləşən ata evinə vətəndaşlar axın edib. Şəhidin evinin hər tərəfində, həmçinin evin qarşısında yerləşən NATO Qərargahının divarlarında türk bayraqları asılıb.
130-dan çox aviareys təxirə salındı - Ruysiyada
Bakıda ilginc cinayət: 16 il əvvəl onu döyən komandirindən qisas aldı
Əsgərlikdə olarkən komandiri tərəfindən döyülən şəxs qisas almağı özünə söz verib. Və nə az, nə çox düz 16 il sonra komandirini Bakıda görüb və intiqam almağı planlaşdırıb. Məqsədi onu döyən keçmiş komandirini cəzalandırmaq olub. Bu işdə ona iki tanışı kömək edib. Amma onlar adam döyməkdə yox, özgənin əmlakının quldurluq yolu ilə ələ keçirməkdə də ittiham edilirlər. Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Araz Yusifov, Qulu Səfərzadə və Mikayıl Qafarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Gürcüstan sərhədində - Yeni qayda
100 terrorçu öldürüldü
MOSSAD Abdullah Öcalanı qaçırtdı – ŞOK DETALLAR
1999-cu ildə Keniyada Yunanıstan səfirliyində gizlənən PKK terror təşkilatının lideri Abdulla Öcalanı Mossad tutub. İllər sonra bununla bağlı faktlar ortaya çıxıb. Keniya kəşfiyyatının adını açıqlamayan üzvü bildirib ki, Yuanıstan səfirliyinə əməliyyat Mossad tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, əməliyyatın kod adı "Oyanıq" (Watchful) idi.
Afrində mikro dronlar işə düşür - terrorçular gizlənə bilməyəcək - VİDEO
Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarında "Black Hornet" mikro pilotsuz uçuş aparatından (PUA) istifadə etməyə başlayıb. Türkiyə Xüsusi Qüvvələr Komandanlığının yayımladığı videoda "Black Hornet" mikro PUA nümayiş etdirilib. Helikopter dizaynında olan mikro PUA gecə-gündüz kəşfiyyat apara bilir. "Black Hornet" adi kamera ilə yanaşı gecə və pis hava şəraitində görüntünü təmin edən termal kamera ilə təchiz olunub. Mikro dronların çəkisi 18 qram, vintin diametri 120 millimetrdir. PUA-nın uzunluğu 10 sm, eni isə 2.5 sm təşkil edir.
Kəbənin açarı niyə qiyamətə qədər Türklərdə qalacaq? - TARİXİ FAKTLAR
Tarixdə Türklərlə bağlı elə sənədlər, elə tarixi faktlar var ki, hələ də dünya gücləri tərəfindən gizlədilir, araşdırılmasına imkan verilmir. Amma buna baxmayaraq, nə qədər gizlətməyə çalışsalar da zaman-zaman bu millət ona aid olan əmanətləri bir-bir geri alıb və alır... Erol Çalının "Kantura" adlı kitabında da belə faktlardan birinə rast gəldik. Olduqca maraqlı və müzakirəyə açılacaq bilgilərdir. Müəllif, burada həm də dərin qaynaqlara və mənəbəyə əsaslanır. (Oktan Keleş, Asa, 529-532; Kaynaklar: Sıhhaül Arabia, Tali.a.attar.Mısır 1956, 1.sh. 332; İbni Mansur Erbil Fazl Cemaleddin, Risatül Arap Bulak 1300. III. Sh. 122; El Yesui. İ.M El Müncid. Sh 339; Prf Dr. Zekeriya Kitapçı, Saadet Asrında Türkler, İlk Türk Sahabe, Tabiin ve Tebae Tabiller).
“Ayıq sürücü”nün müştəriləri satması iddiasına DYP-dən cavab - VİDEO
Sosial şəbəkələrdə yayılan bir görüntü ayıq sürücü xidməti göstərən şəxs və şirkətlərin yol polisi ilə əməkdaşlığı məsələsini gündəmə gətirib. “Xəzər Xəbər” məsələni araşdırıb. Həm yol polisi, həm də ayıq sürücü şirkətləri məsələyə münasibət bildiriblər.














