Gündəm
Bu ölkə də kriptovalyutadan istifadə edəcək
Qırğızıstan dövlət satınalmaları sistemində kriptovalyutadan istifadə edəcək. Bunu ölkənin baş naziri Sapar İsakov Qazaxıstanda keçirilən "Qloballaşma dövründə rəqəmsal gündəlik" forumu zamanı çıxış edərkən qeyd edib.
"Milan" xorvatiyalı futbolçunun keçidini yaya saxladı
"Milan" "Sampdoriya"nın müdafiəçisi İvan Striniçlə razılığa gəlib. "Rossonyerlər" xorvatiyalı futbolçunu heyətlərinə qatacaqlar. Lakin bu keçid yayda baş tutacaq. Buna səbəb 30 yaşlı oyunçunun "Sampdoriya" ilə mövsümün sonuna qədər müqaviləsinin olmasıdı. "Milan" rəhbərliyi Striniçi azad agent kimi heyətə qatmaq niyyətindədi.
Xızıda yanğın - 4 avtomobil yanıb
Azərbaycanın Səudiyyə Ərəbistanında yeni səfiri təyin edilib
Prezident İlham Əliyev Şahin Şakir oğlu Abdullayevin Azərbaycanın Səudiyyə Ərəbistanında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xızıda avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Prezident İlham Əliyev: "Azərbaycanda aparılan islahatlar insanların rahat yaşamasına yönəldilib"
Bizim siyasətimizin mərkəzində insan amili dayanır, çünki sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar insanların rahat yaşamasına yönəldilib. Əlbəttə, ağır vəziyyətə düşmüş vətəndaşlarımızın problemlərinin həlli bizim üçün həmişə olduğu kimi, prioritetdir. Dövlətimiz güclü dövlətdir, biz istənilən sınaqdan şərəflə çıxa bilirik və təcrübə də bunu göstərmişdir.
Sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılıb?- AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə məktəblərdə pul yığılması barədə yayılan məlumatlara münasibət bildirib.
Tramp ən yaxın adamlarını Ankaraya göndərir
ABŞ-ın Dövlət katibi Reks Tillerson və ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster Türkiyəyə səfər edəcək. Bu barədə “Hürriyyət” informasiya yayıb. Səfərin vaxtı və təfərrüatları açıqlanmayıb.
Dövlət Komitəsi Azərbaycandakı ailələrin sayını açıqlayıb
“Azərbaycanda ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə bu rəqəm 2 084 500 olub”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə institutu qorunub saxlanılır.
Dağıstana yeni nazir Tatarıstandan gətirilir
Dağıstanın başçısı səlahiyyətlərinin müvəqqəti icraedicisi Vladimir Vasilyev Tatarıstan İqtisadiyyat naziri Artyom Zdunovun namizədliyini Dağıstan hökumətinin sədri vəzifəsinə irəli sürüb.
Ukrayna üçün qorxulu 2019 gəlir – Rabinoviç
İndiki iqtisadi model və böyük borcla Ukrayna 2019-cu ildən sonra ödəniş qabiliyyətini itirəcək. Bunu “112 Ukraina” televiziyasında çıxışı zamanı ukraynalı deputat Vadim Rabinoviç söyləyib.
Yük maşınında 2 ton partlayıcı maddə aşkarlanıb
Əfqanıstanın xüsusi xidmət orqanları dəhşətli terror hücumunun qarşısını alıb. Əfqanıstanın Milli Təhlükəsizlik Baş İdarəsi paytaxt Kabilin 8-ci rayonunda yük yerində iki ton partlayıcı maddə olan yük maşını saxlandığını bildirib.
ETSN-də müşavirə keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) geniş müşavirə keçirilib. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə nazir Hüseyn Bağırov nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə danışıb. O bildirilib ki, ETSN tərəfindən aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər görülür: “Aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi ilə də bağlı işlər həyata keçirilir”.
Məmmədyarov ABŞ dövlət katibi köməkçisinin müavini və amerikalı həmsədrlə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer də iştirak edib.
Son 15 ildə 4 min qadın sahibkara 66 mln. manatlıq kredit verilib
2002-2016-ci illər ərzində 3787 qadın sahibkara 65,9 mln. manat güzəştli kredit verilib. Məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, 2002-2016-ci illər ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 5671 yeni iş yeri yaradılıb.













