Gündəm
Baş həkim: “İrandan Astaraya gələn xəstələrin sayı artıb”
“Tibbi dispanserizasiya çərçivəsində ötən il Astara rayonunun 106527 sakinindən 81883 nəfəri tibbi müayinədən keçirilib”. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev Nazirlikdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib.
Türkiyə rus pilotun nəşini ölkəsinə qaytardı
Fevralın 3-də Suriyanın İdlib şəhərində Rusiyaya məxsus Su-25 təyyarəsinin vurulması nəticəsində həlak olan pilot Roman Filippovun nəşi ölkəsinə təhvil verilib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb. “3 fevralda Suriyada həyatını itirən rus pilot Roman Filippovun nəşi rus hərbi kəşfiyyatı tərəfindən Türkiyə tərəfi ilə edilən əməkdaşlıq nəticəsində Rusiyaya qaytarıldı”, - nazirlikdən bildirilib.
PKK-nın gizli Afrin hiyləsi: Türk ordusu vurur, ancaq...
Türk ordusunun sarsıdıcı zərbələrindən sonra xeyli zəifləyən PYD/PKK terror qruplaşması Suriyanın Haseke və Aynularab bölgələrindən mülki vətəndaşları sıralarına cəlb edir.
Avtobus buzun altına düşdü - itkinlər var
Estoniyanın Pyarnu əyalətində mikroavtobus buz qatının altına düşüb. Məlumata görə, hadisə Munalayd limanında baş verib. Qeyd olunur ki, qəza yeri yalnız bu gün buz bağlayıb. Mikroavtobusda altı nəfərin olduğu ehtimal edilir. Onlardan ikisi xilas olunub. Digər dörd nəfərin axtarışları aparılır.
Ali Məhkəmə Maşallah Əhmədova qarşı şikayəti təmin etmədi
Bu gün Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədovun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarından zərərçəkmişin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Regional proqramların uğurlu icrası sosial problemlərin həllinə yol açıb
Artıq 14 ildir ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə bir sıra irimiqyaslı sosial layihələrin reallaşmasına da yol açdı. Məhz bu proqramların icrası nəticəsində əhalinin sosial rifah halı yaxşılaşdı, məşğulluq səviyyəsi artdı. Işsizlik problemi aradan qalxdı. Bu günlərdə Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına dair keçirilən konfransda da bütün bunlar bir daha öz təsdiqini tapdı.
Azərbaycan yanvar ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. “OLAYLAR” -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmin məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814,6 min barrel olub. Bunun 759,7 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib. Gündəlik 624,2 min barrel xam neft, 54,9 min barrel kondensat, 14,3 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.
Üç rayon üzrə səyyar qəbul keçiriləcək
Fevralın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları paytaxtın Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynləri qəbul edəcək. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Narışkin ABŞ-a niyə gizli səfər etdiyini açıqladı
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin yanvarın sonunda ABŞ-a hansı məqsədlə səfər etdiyini açıqlayıb. Narışkin ABŞ-da öz vəzifəsini yerinə yetirməyə getdiyini bildirib: "Mən Amerika Birləşmiş Ştatlarında Rusiya kəşfiyyatının rəhbəri olaraq peşəkar işimi yerinə yetirdim".
Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib
Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib. Məlumata görə, Prezident İlham Əliyev Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Türkiyədə Xocalı abidəsi açılır
Türkiyənin Ədirnə vilayətində Xocalı soyqırımına həsr olunmuş “Tək millət, tək göz yaşı” abidəsi açılacaq. Məlumata əsasən, abidə Xocalı faciəsinin 26-ci ildönümü - fevralın 26-da açılacaq. Abidənin açılışında Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu, eləcə də Türkiyə və Azərbaycanın bir sıra millət vəkillərinin iştirakı gözlənilir.
Oqtay Şirəliyev: Epidemiyalar Azərbaycandan yan keçir
Kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir. Məlumata görə, bunu Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Prezidentliyə namizədlərin sənədlərinin MSK-ya təqdim edilmə tarixi məlum oldu
Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər sənədlərini fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər. Məlumata görə, bu barədə MSK tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub. Təqvim Planına əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək (martın 12-si) davam edir.
Türkiyənin 60 kəndində komendant saatı elan olundu
Türkiyənin Diyarbəkir vilayətinin 60 kəndində komendant saatı elan olunub. Bu qərara səbəb Türkiyənin polis və jandarm qüvvələrinin PKK terror təşkilatına qarşı əməliyyatlarının gözlənilməsi olub. Komendat saatının ləğv olunma vaxt barədə məlumat verilməyib.
Prezident seçkilərinin vaxtı niyə dəyişdirildi? - SUALLARA CAVABLAR
Həmin sənəd hüquqi-prosesual baxımdan mövcud qanunvericiliyin tələblərinə tam uyğundur. Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur.














