Dağıstana yeni nazir Tatarıstandan gətirilir

Dağıstanın başçısı səlahiyyətlərinin müvəqqəti icraedicisi Vladimir Vasilyev Tatarıstan İqtisadiyyat naziri Artyom Zdunovun namizədliyini Dağıstan hökumətinin sədri vəzifəsinə irəli sürüb.

Dağıstanın başçısı səlahiyyətlərinin müvəqqəti icraedicisi Vladimir Vasilyev Tatarıstan İqtisadiyyat naziri Artyom Zdunovun namizədliyini Dağıstan hökumətinin sədri vəzifəsinə irəli sürüb. Parlament üzvlərinin onun namizədliyini çərşənbə günü nəzərdən keçirəcəyi bildirilib.

Qeyd edək ki, dünən Abdusəməd Həmidov, Şamil İsayev, Rayudina Yusifovun həbs olunmasından sonra Vasilyev Dağıstan hökumətinin istefası haqqında fərman imzalayıb. Dağıstanın Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraedicisi kimi Anatoli Karibov təyin edilib. Vasilyevin yeni təyinatı həyata keçirdiyi zaman Tatarıstanın keçmiş rəhbər Rüstəm Minnixanov Maxaçqalada olub və Vasilyevlə görüşüb. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31