Xızıda yanğın - 4 avtomobil yanıb

Xızı rayonunun Giləzi qəsəbəsində yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 kv.m olan anbarın içərisində 5 ton ot bağlamasının 600 kq və anbara bitişik talvarın altında olan 3 ədəd minik və 1 ədəd yük avtomobili qismən yanıb.

Anbar və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31