Gündəm

Türk jetleri gece saatlerinde bomba yağdırdı!

7 Fevral 2018 10:51

Gece saatlerinde Türk jetleri Cinderes bölgesini bombardımana tuttu. Aynı bölgede gündüz saatlerinde sokağa çıkan PKK yandaşları ise terörbaşının posterlerini taşıdı. YPG'li teröristler Şeyh Horuz Dağı çevresinde ÖSO güçlerine içerisinde klor gazı olan havanlarla saldırdı. Kimyasal saldırıda yedi ÖSO üyesi ağır yaralandı.

Tələbə dərs zamanı ağır xəsarət aldı

7 Fevral 2018 09:43

Azərbaycan Texniki Universitetində (AzTU) tələbə boyun nahiyəsindən kəsilmiş xəsarətlər alıb. Hadisə ötən gün dərs saatında baş verib. Məlumata görə, 1999-cu il təvəllüdlü Əsədov Xalid Şücaət oğlu idman dərsi zamanı, universitetin idman zalında nəzarətsiz şəkildə dəmir alətlə məşq edib.

Hüseyn Cavidin “Ana” əsəri teatr səhnəsində

7 Fevral 2018 09:40

Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci il üçün daha bir yeni tamaşanın məşqləri start götürüb. Bu dəfə teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşada çıxış edəcəklər. “H. Cavid dramaturgiyası, onun qəhrəmanlarının həyatı və geniş dünyagörüşü kollektiv və tamaşaçı kütləsi tərəfindən həmişə böyük sevgi və məhəbbətlə yad olunur. Çünki, Cavidin qəhrəmanları, onun fəlsəfəsi insanı daima düşündürür, onları sanki saflaşdırır. Ümid edirəm ki, “Ana” tamaşası da teatrımızın repertuarında özünə möhkəm yer tutacaq, hələ uzun illər tamaşaçılar tərəfindən sevgi ilə baxılacaq.

Saxara səhrasına qar yağdı 

7 Fevral 2018 09:31

Əlcəzairin şimal-qərbində, Saxara səhrasında yerləşən Ayn-Səfra şəhərinə bu il ikinci dəfə qar yağıb. Bundan əvvəl səhranın bu hissəsinə qar bu ilin yanvarında yağmışdı.

ABŞ-ın Milli Müdafiə Universitetində Azərbaycan müzakirəsi

7 Fevral 2018 09:30

ABŞ-ın əsas və aparıcı hərbi təhsil institutlarından olan Milli Müdafiə Universitetində səfir Elin Süleymanovun universitetin Cənub və Mərkəzi Asiya Proqramının (SCAP) müəllim və tələbə heyəti üçün Azərbaycanın xarici siyasəti mövzusunda çıxışı baş tutub. Azərbaycan səfirinin ABŞ-ın tanınmış hərbi təhsil müəssisində artıq ənənəyə çevrilən bu çıxışı sözügedən universitetin dəvəti əsasında həyata keçirilib. Olaylar.az bildirir ki, Milli Müdafiə Universiteti müdafiə və təhlükəsizlik sahəsində strateji səviyyədə ABŞ-ın müdafiə və təhlükəsizlik strukturlarının əməkdaşları üçün ali təhsil və təlim xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.

Məşhur rusiyalı müğənni Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisində

7 Fevral 2018 09:21

Muzey Mərkəzində rəssam Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Mərasimdə Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Firəngiz Hüseynovanın əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Mədəniyyət və Turizm Nazirliyinin dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov və başqaları sərginin əhəmiyyətindən danışıblar.

Prezident sarayında fövqəladə toplantı

7 Fevral 2018 09:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə Prezident Sarayında Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Toplantıda Suriyada aparılan hərbi əməliyyat, gələcək planlar müzakirə edilib.

“Sarı qızdırma” bu şəhəri iflic etdi

7 Fevral 2018 09:13

2018-ci ilin yanvarında “sarı qızdırma” virusundan ölənlərin sayı 52 nəfərə çatıb. Ötən ilin sonlarından başlayaraq virusa yoluxan insanların sayı isə artmaqda davam edir. Xəstəliyin əlamətləri qızdırma, titrəmə, ürəkbulanma, kramp və koma halıdır. Tibb məntəqələrinin qarşısındakı növbələr və həkim çatışmazlığı insanlar arasındakı təşvişi artırır. Şəhərə gətirilən 500 vaksin isə müraciət edənlərə çatmır. Həkimlərin sözlərinə görə, bir çox hallarda müraciət edən xəstələrdə əlamətlərin yalnız ikisi olur və bu həmin virusa yoluxma demək deyil. Lakin ümumi narahatlıq davam etməkdədir.

Adnan Oktar barədə qərar verildi

7 Fevral 2018 05:28

Türkiyənin Radio və Televiziya Ali Şurası ictimaiyyətdə “Adnan Hoca” kimi tanınan Adnan Oktara məxsus “A9” telekanalının yüksək məbləğdə cərimə edilməsi və verilişin yayımının 5 dəfə dayandırılması ilə bağlı qərar verib. Buna səbəb Oktarın Dəyanət İşlər Nazirliyi barəsində xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olub.

Tayvanda güclü zəlzələ: Otel uçdu, 114 nəfər yaralandı

7 Fevral 2018 05:23

Tayvanın şərqində yerləşən Xualyan şəhərində baş vermiş güclü zəlzlə nəticəsində azı 114 nəfər xəsarət alıb. Bu barədə Çinin CGTN dövlət televiziyası məlumat yayıb. Məlumata görə, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, “Marshal” otelində çıxılmaz vəziyyətdə qalıb. Otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində otel şaqüli vəziyyətdə əyilib.

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yaydı

7 Fevral 2018 05:22

Müdafiə Sənayesi Nazirliyi“Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. Nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Almaz ekranlı ilk smartfon 2019-cu ildə buraxılacaq

6 Fevral 2018 20:00

ABŞ-ın “Akhan Semiconductor” şirkəti qoruyucu şüşəsi süni almazlı ekrandan ibarət smartfonun sınaqlarına başlayıb. Yeni “Mirage Diamond Glass” şüşəsinin nanokristal strukturu təsadüf nəticəsində formalaşır ki, bu da örtüyün altında dərin çatların yaranmasının və materialların zədələnməsinin qarşısını alır.

Alqoritm insanların təbii kataklizmlərdən xilasına kömək edəcək

6 Fevral 2018 19:53

Vaterloo Universitetinin alimləri əhalinin sosial dəstək xidmətlərinin statistikasını tədqiq edərək məlumatları əsas xarakteristikalar - sağlamlıq, çeviklik, sosial fəallıq və s. üzrə müqayisə ediblər. Risk qrupunda azhərəkətli və sosial baxımdan az aktiv insanların olması fikrinə əsaslanan alimlər belə insanları sosial dəstək xidmətlərinin məlumatlarına əsaslanaraq aşkarlamağa imkan verən alqoritm hazırlayıblar.

Boyunuz qısadırsa geyiminizdə bunlara diqqət edin!

6 Fevral 2018 19:48

Boyunuz qısa və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur?. Elə isə işiniz uzun görünmənizi təmin edən hiylələrə qaldı.