ABŞ-ın Milli Müdafiə Universitetində Azərbaycan müzakirəsi

ABŞ-ın əsas və aparıcı hərbi təhsil institutlarından olan Milli Müdafiə Universitetində səfir Elin Süleymanovun universitetin Cənub və Mərkəzi Asiya Proqramının (SCAP) müəllim və tələbə heyəti üçün Azərbaycanın xarici siyasəti mövzusunda çıxışı baş tutub. Azərbaycan səfirinin ABŞ-ın tanınmış hərbi təhsil müəssisində artıq ənənəyə çevrilən bu çıxışı sözügedən universitetin dəvəti əsasında həyata keçirilib. Olaylar.az bildirir ki, Milli Müdafiə Universiteti müdafiə və təhlükəsizlik sahəsində strateji səviyyədə ABŞ-ın müdafiə və təhlükəsizlik strukturlarının əməkdaşları üçün ali təhsil və təlim xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.

E.Süleymanov ABŞ-ın müdafiə, diplomatik və hüquq-mühafizə qurumlarının yüksək rütbəli əməkdaşlarından ibarət olan sözügedən proqramın dinləyicilərinə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açıb. Diplomat müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verdi. Səfir cari ildə bu respublikanın 100 illiyinin tamam olduğunu bildirmiş və bu respublikanın qısa müddətdə mövcud olmasına rəğmən hətta bir sıra qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlardan və dövlət quruculuğu sahəsində gördüyü əhəmiyyətli tədbirlərdən danışıb.

Daha sonra diplomat ötən əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına, həmçinin regionlararası körpülərin qurulmasına əsaslı töhfə verdiyini bildirmişdir. 

E. Süleymanov Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, eləcə də Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə də danışmışdır. Həmçinin Azərbaycandakı tolerantlıq mühitinə, ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsinə diqqət yönəldilmiş, Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyini bildirilmişdir.

Diplomat regionda sülh və inkişafa mane olan əsas amil kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat vermişdir. 

Sonda dinləyicilər fəal şəkildə sual-cavab mərhələsində iştirak etmiş, Azərbaycan-ABŞ tərəfdaşlığını və Azərbaycanın terrorçuluğa qarşı səylərə töhfələrini təqdir etmiş və səfir E.Süleymanova Cənubi Qafqazda təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, həmçinin ölkəmizin xarici siyasətinin digər istiqamətlərinə aid suallar vermişlər.

Eyni zamanda,  ABŞ Milli Müdafiə Universitetinin Hərbi Kollecinin region üzrə tədqiqat aparan və ABŞ-ın müxtəlif dövlət strukturlarını təmsil edən bir qrup dinləyiciləri üçün Səfirlikdə brifinq təşkil edilmiş və tədbirdə yuxarıda qeyd edilən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31