Tayvanda güclü zəlzələ: Otel uçdu, 114 nəfər yaralandı
Tayvanın şərqində yerləşən Xualyan şəhərində baş vermiş güclü zəlzlə nəticəsində azı 114 nəfər xəsarət alıb. Bu barədə Çinin CGTN dövlət televiziyası məlumat yayıb. Məlumata görə, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, “Marshal” otelində çıxılmaz vəziyyətdə qalıb. Otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində otel şaqüli vəziyyətdə əyilib.
7 Fevral 2018 05:23 DünyaTayvanın şərqində yerləşən Xualyan şəhərində baş vermiş güclü zəlzlə nəticəsində azı 114 nəfər xəsarət alıb.
Bu barədə Çinin CGTN dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, "Marshal" otelində çıxılmaz vəziyyətdə qalıb. Otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində otel şaqüli vəziyyətdə əyilib.
KİV-in məlumatına görə, zəlzələ zamanı azı beş bina qismən dağılıb, körpülərə, asvalt örtüklərinə, trotuarlara ziyan dəyib.
Axtarış-xilasetmə işlərinə təqribən 100 hərbçi cəlb olunub. Onlara daha 250 əsgərin qoşulacağı gözlənilir. //Report