Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yaydı

Müdafiə Sənayesi Nazirliyi“Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. Nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Müdafiə Sənayesi Nazirliyi"Radioquraşdırma" zavodunda yanğınla bağlı məlumat yayıb. Nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində "Üfüq" İstehsalat Birliyinin "Radioquraşdırma" zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31