Gündəm
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 54-cü kitabı çapdan çıxıb
"Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqemiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha fəal olmalıyıq. İlk növbədə, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir".
Bəkir Bozdağ: "Hücumda İncirlik hərbi bazasından istifadə edilməyib"
"Suriya rejiminə qarşı başlanmış hərbi əməliyyatdan əvvəl Türkiyə bu barədə məlumatlandırıldı. Hücumda İncirlik hərbi bazasından istifadə edilmədi", - deyə Baş nazirn müavini Bəkir Bozdağ açıqlama verib.
Putin ABŞ-ı ittiham edib
"ABŞ və müttəfiqləri Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum ediblər". Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
İstirahət gününün proqnozu açıqlanıb
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Dünyanın ilk çərçivəsiz noutbuku gəlir
"Huawei" şirkəti aprelin 19-da iki yeniliyini təqdim edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onlardan biri "Honor 10" smartfonu, digəri isə dünyanın ilk çərçivəsiz noutbuku olan "Honor MagicBook"dur.
Türkiyə prezidentinin mətbuat katibi: "Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı"
Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı. Məlumata görə, bunu Suriyaya Qərb koalisiyası tərəfindən endirilən aviazərbələri şərh edən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
AŞ baş katibi Azərbaycan prezidentini təbrik edib
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu göndərib.
NATO baş katibi: "Suriyadakı hərbi əməliyyatı dəstəkləyirik"
"Hərbi əməliyyatı dəstəkləyirik. Kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir". Bu barədə NATO-nun baş katibi Ceyns Stotlenberqin yazılı bəyanatında deyilir.
Rusiya MN: "Suriyaya 100-dən çox raket buraxılıb"
“ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıb”.
Meksika prezidenti və ABŞ vitse-prezidenti arasında görüş keçiriləcək
Meksika prezidenti Enrike Penya Niyeto və ABŞ vitse-prezidenti Mayk Pens arasında Perunun paytaxtı Limada keçirilən "Sammit Amerik" çərçivəsində görüş keçiriləcək.
Deputat: "ATƏT DTİHB-nin Azərbaycanda seçkilərlə bağlı mövqeyi nə beynəlxalq praktikaya uyğundur, nə də reallığı əks etdirir"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin hesabatı reallıqdan uzaq və qeyri-peşəkar yanaşmanın nəticəsidir.
Ərinin məşuqəsi onu niyə öldürdü? - Eyni evdə qalırlarmış....
Dünən Lənkəran şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Anar Mahmudov küçəsi 128 ünvanında 1976-cı il təvəllüdlü Həsənova Sevda Rüstəm qızının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən əmlak mübahisəsinə görə öldürdüyü məlum olub.
Türkiyə XİN: "Suriya rejiminə qarşı əməliyyatdan məmnunuq"
Rusiya səfiri: "Suriyaya endirilən zərbələr cavabsız qalmayacaq"
Azay Quliyev ATƏT PA-ya gedir
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək. Milli Məclisdən verilən məlumata görə, Büronun iclasında ATƏT PA-nın iyulun 7-11-də Berlində keçiriləcək 27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və layihə sənədləri təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkilər üzrə müşahidə missiyalarının hesabatları, keçiriləcək tədbirlər barədə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.













