Gündəm
Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş V beynəlxalq elmi konfrans keçiriləcək
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, aprelin 25-dən 29-dək Qusar şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.
Rusiyalı idmançı: "Yalnız Azərbaycan gimnastika yarışlarını belə yüksək səviyyədə keçirilə bilər"
Heç kim gimnastika yarışlarını Azərbaycan Gimnastika Federasiyası kimi maraqlı təşkil etmir. Bunu Bakıda Avropa çempionatının batut yarışlarında mübarizə aparan rusiyalı gimnast Dmitri Uşakov deyib. O bildirib ki, Bakıda artıq ənənəvi hal almış yarışları çox bəyənir: "Düşünürəm ki, heç kim yarışları belə maraqlı keçirmir. Burada hər şeyin daha gözəl və əyləncəli olması və turnirdə iştirak üçün şou da vacibdir. Biz Bakıya gələndə əmin idik ki, elə bu cür də olacaq. Çünki azərbaycanlı təşkilatçılar yarışlara necə hazırlaşdıqlarını artıq göstəriblər. Hər şeyə görə və tamaşaçılar üçün belə maraqlı əyləncələrə görə təşəkkürlər!"
“Google Pixel” və “Pixel XL” smartfonlarının istehsalı rəsmən dayandırılıb
Prezident sərəncamına əsasən Tarix İnstitutunda dissertasiya müdafiə olunub
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar” mövzusunda dissertasiya müdafiəsi olub.
Dünyada “Android” sisteminin idarəetməsi altında işləyən ilk peyk smartfonu təqdim edilib
"Thuraya" şirkəti xüsusi olaraq səyahət etməyi sevən insanlar üçün hazırlanmış və "Android" sisteminin idarəetməsi altında işləyən "X5-Touch" adlı ilk peyk smartfonunu təqdim edib.
Burakla Kərəmə şok: filmin nümayişinə icazə verilmədi
Aktyor Burak Özçivitlə Kərəm Bürsinin baş rolda çəkildiyi "Can Feda" filmi Almaniyada qadağan edilib. Türk əsgərinin uğurundan bəhs edən filmdə şiddət, zorakılıq səhnələri olduğu üçün "18+" limiti qoyulub. Premyeraya bilet alan tamaşaçıların çoxu 18 yaşdan az olduğu üçün kinoteatrlara buraxılmayıblar. Burakla Kərəm də premyeraya qatılmadan Türkiyəyə qayıtmalı olublar. Özçivit fanatları ilə şəkillər çəkdirərək onlara təşəkkürünü bildirib.
“Instagram” foto və videoları saxlamağa imkan verəcək
“Instagram” sosial şəbəkəsi foto və videoları saxlamağa imkan verəcək yeni alət təqdim edəcək. Xatırladaq ki, indi “Instagram”da yerləşdirilmiş media faylları yalnız ekran görüntüsü kimi saxlamaq mümkündür.
Rusiya qəzeti: "Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür"
"Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik müddətində onun fəaliyyətini qənaətbəxş sayır və növbəti müddətdə ölkəyə onun rəhbərlik etməsini istəyir".
Yeni “Android P” proqram təminatı informasiya sızmasından qoruyacaq
“Google” şirkəti yeni proqram təminatı təqdim edib.
İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə aprelin 13-də Saatlıda istehlakçı hüquqlarına dair Konfrans keçirilib. Nazirlikdən “Olaylar”a bildirilib ki, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə iştirakçıları məlumatlandırıblar.
3D holoqramlar məlumatların yazılış sıxlığını artırmağa imkan verir
Nanomaterialdan hazırlanmış plyonka optik disklərlə müqayisədə məlumatların yazılış sıxlığını 1000 dəfə artırmağa imkan verir. Çinli alimlər yeni həll üzərində çalışırlar.
Göz xəstəliklərini müstəqil diaqnozlaşdıran proqram yaradılıb
ABŞ Ərzaq Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) gözün tor qişasının fotoşəkillərinə görə diabetik retinopatiyanı diaqnozlaşdıran alqoritmin praktik tətbiqini təsdiq edib. Tərtibatçıların sözlərinə görə, “IDx-DR” adlı proqram diaqnozun qoyulması üçün həkim-mütəxəssisin iştirakını tələb etmir.
Ananas qabığının faydaları
SAM: "ATƏT DTİHB seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb"
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qərəzli yanaşmasına dair bəyanat qəbul edib.
Gözəlləşmək istədi, gözlərindən oldu - Fotolar
Argentinalı model Nadinne Bruna gözəlləşmək uğruna gözlərindən olub. Gözlərini yaşıl etmək üçün əməliyyata girən model gözləmədiyi dəhşətlə üzləşib. Əməliyyatdan sonra Nadinnenin sağ gözündə 80%, sol gözündə isə 50% görmə qabiliyyəti itib. 32 yaşlı Bruna ala gözlərini Kolumbiyada əməliyyat etdirib. Əməliyyat ona 3 min dollara başa gəlib. Hazırda Bruna müalicə olunmaq üçün Mayamiyə yola düşüb.














