Gündəm

Ziyafət Əsgərov: "Bu bəyanat anti-Azərbaycan qüvvələrin, o cümlədən ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır"

13 Aprel 2018 18:29

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, qurumun Parlament Assambleyasının  və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri haqqında verdikləri  birgə bəyanat tamamilə qərəzli və subyektiv mülahizələr əsasında tərtib edilmiş qarayaxmadır". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, bu bəyanat anti-Azərbaycan qüvvələrin, o cümlədən ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.

Azarkeş: "Bakıda batut gimnastikası və tamblinq üzrə Avropa çempionatının açılış mərasimi möhtəşəm idi"

13 Aprel 2018 18:25

Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi sadəcə möhtəşəm idi. Bunu  gimnastika yarışlarının azarkeşi Svetlana Əliyeva deyib. O, hər şeyin çox gözəl təşkil olunduğunu bildirib: "Açılış mərasimi isə sadəcə möhtəşəm idi. Biz hətta mərasimi çəkdik və sosial şəbəkələrdəki səhifələrimizdə kadrları paylaşdıq. Düşünürəm ki, bu mərasim hələ uzun müddət yaddaşlarda qalacaq".

Sevinc Fətəliyeva: "Bu, Azərbaycanın qələbəsidir"

13 Aprel 2018 18:19

"Azərbaycanda prezident seçkiləri çox şəffaf, ədalətli və demokratik şəraitdə keçirilib". Məlumata görə, bu fikri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdri Sevinc Fətəliyeva deyib.

Rusiya Türkiyə pomidorları ilə bağlı qərarı dəyişəcək? - RƏSMİ CAVAB

13 Aprel 2018 18:16

Rusiya payıza qədər Türkiyədən gətirilən pomidorlarla bağlı kvotanı dəyişməyəcək. Məlumata görə, bunu Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib.

Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib

13 Aprel 2018 18:14

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb. Görüş zamanı Leyla Əliyeva 1942-ci ilin payızında Leninqrad (Sankt-Peterburq) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu - qardaşı oğlu Abay Abbasova təqdim edib.

Trampın "ağıllı" raketləri, yoxsa ədalət: dünyanı nə xilas edə bilər?

13 Aprel 2018 18:07

Amerika prezidenti Donald Trampın Rusiyanı hədələməsi yenidən bütün dünyada narahatlıq yaradıb. Moskva da cavab verib. Aydın olur ki, iki supergüc bir-biri ilə savaşmağa hazırdır. Hər ikisi hesab edir ki, qalib olacaq. Hər ikisi hesab edir ki, ədalətlidir. Lakin təhlillər göstərir ki, vəziyyət daha mürəkkəbdir və çoxlu sayda təhlükələr meydana gələ bilər. Suriyanı bombalamaq istəyənlər oradakı insanların taleyini qətiyyən düşünmürlər. Əksinə, suriyalılar arasında ixtilafları daha da dərinləşdirən addımlar atmaqdan çəkinmirlər. Belə bir şəraitdə Yaxın Şərqdə geosiyasi proseslər hansı istiqamətdə gedə bilər? Bu kimi suallara cavab üzərində geniş dayanmağı lazım bildik.

Qarabağ mövqeyini dəyişmədi

13 Aprel 2018 18:06

UEFA Avroliqanın 1/4 final mərhələsinin oyunlarından sonra növbəti klub reytinqini açıqlayıb. Siyahıda 7 Azərbaycan təmsilçisi də var. Ən yaxşı nəticə Qarabağ-a məxsusdur. Ağdam təmsilçisi 20.500 xalla əvvəlki kimi 73-cü pillədə qərarlaşıb.

Qarnını yarıb 98 balasını buraxdı - VİDEO

13 Aprel 2018 18:03

Avstraliyanın Viktoriya əyalətində yaşayan 46 yaşlı Mettyu Orlov köpəkbalığı tutmuşdu. O, tutduğu ana köpəkbalığının qarnını yarıb və 98 balanı okeana buraxıb.

"MİR 24": "İlham Əliyevin qələbəsi Azərbaycan xalqı üçün bayramdır"

13 Aprel 2018 17:59

Rusiyanın “MİR 24” telekanalı Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsinə reportaj həsr edib. Məlumata görə, reportajda deyilir ki, seçkilərin gedişatını 800-dən çox beynəlxalq müşahidəçi, o cümlədən MDB-dən 200 müşahidəçi izləyirdi.

Novruz Məmmədov: "ATƏT DTİHB müşahidə missiyasının bəzi üzvləri yalnız müxaliflərlə əlaqə saxlamaqla məşğul olub"

13 Aprel 2018 17:55

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının bəzi üzvləri yalnız müxaliflərlə əlaqə saxlamaqla məşğul olub. Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

Rusiyalı media nümayəndələri Mətbuat Şurasında olublar

13 Aprel 2018 17:52

Bu gün Rusiyanın Udmurdiya Respublikasının Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko və Udmurdiyanın Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Vitali Trefilov Azərbaycan Mətbuat Şurasında olublar. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.

Daha bir ölkə Suriya barədə qərarını verdi

13 Aprel 2018 17:46

Niderland Suriyaya qarşı mümkün hücum ehtimalı zamanı əməliyyatlara qoşulmayacağını açıqlayıb.  Bu barədə Türkiyə mətbuatı yazıb.