Gündəm

Türkiyədən dostlara xəbərdarlıq: İşləri qarışdırmayın...

13 Aprel 2018 17:39

ABŞ və Rusiya sosial şəbəkələr üzərindən bir-birinə atmacalar atır. Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Deputat: ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı ilkin rəyi qərəzlidir

13 Aprel 2018 17:38

“Biz gözləyirdik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) öz məlum, indiyə qədər sərgilədiyi antiazərbaycan ənənələrindən uzaqlaşaraq, Azərbaycanda keçirilən prezident seçkilərinin sözün əsl mənasında doğru qiymətini verəcək. Ancaq təəssüf ki, yenə də belə olmadı və onlar Azərbaycana qarşı qərəzli mövqe sərgilədilər”.

“Hesabat ATƏT DTİHB müşahidəçilərinin Davranış Kodeksinə tamamilə ziddir”

13 Aprel 2018 17:30

Aprelin 12-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilər missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə prosesinin gedişi ilə bağlı mətbuat konfransı keçiriblər.

Almaniya XİN rəhbəri: "Rusiya üzərində təzyiqi artırmalıyıq"

13 Aprel 2018 17:28

Rusiya Bəşər Əsədi qoruyur. Buna daha dözüm göstərə bilmərik. Rusiya üzərində siyasi təzyiqi artırmalıyıq. Bunu Almaniyanın xarici işlər naziri Heiko Maas deyib. "Ukrayna, Suriya və Solsberidə yaşananlara baxanda bu hadisələrin açıq şəkildə Rusiya ilə əlaqəli olduğunu görürsünüz. Eyni zamanda, Qərbdəki demokratik seçkilərə müdaxilədə Rusiyanın əli var. Rusiya siyasətini dəyişdirməlidir, əks təqdirdə, Suriya problemi həll olunmaz", - deyə nazir vurğulayıb.

Ərdoğan: "Həmin videoları Vladimir Putinə göndərdim"

13 Aprel 2018 17:26

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı Suriya məsələsini müzakirə etdik. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Kadırovdan maraqlı TƏKLİF : "Putin əbədi prezident olsun"

13 Aprel 2018 17:23

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiyada prezident seçilmək üçün say məhdudiyyəti aradan qaldırılmalıdır, yəni bir neçə dəfə ölkə prezidenti seçilmək mümkün olmalıdır.

Xamzat Bekov Prezident İlham Əliyevi təbrik edib

13 Aprel 2018 17:22

Rusiya Müdafiə Nazirliyinin "Oboronpromekologiya" Federal Unitar Dövlət Müəssisəsinin direktoru Xamzat Bekov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti İlham Əliyevi təbrik edib

13 Aprel 2018 17:21

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Hüquq elmləri doktoru, professor Həsən Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

İqtisadiyyat Nazirliyi qanvermə aksiyası keçirib

13 Aprel 2018 17:14

Aprelin 13-də İqtisadiyyat Nazirliyi Bakı Biznes Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib. Nazirlikdən “Olaylar”a bildirilib ki, Azərbaycan Talassemiya Federasiyasının xeyirxahlıq missiyasına uyğun olaraq, İqtisadiyyat Nazirliyi "Donor günü" aksiyası keçirib və Nazirliyin əməkdaşları qan veriblər. Qeyd edək ki, artıq ölkəmizdə ənənəyə çevrilmiş qanvermə aksiyasında İqtisadiyyat Nazirliyinin əməkdaşları hər il iştirak edirlər.

Beynəlxalq mükafatlandırma proqramının finalçısı bəlli oldu

13 Aprel 2018 17:11

Beynəlxalq nüfuza malik “Böyük Britaniya universitetlərinin məzunlarının regional proqramı”nın finalçıları məlum olub. “olaylar” xəbər verir ki, 123 ölkədən 1700 nəfərin qatıldığı proqramın finalına 63 nəfər seçilib.

Anasının öldüyünü 22 il gizlətdi - Pensiyasını aldı

13 Aprel 2018 17:07

Fransanın Marsel şəhərində qəribə olay baş verib. Məlumata görə, 76 yaşlı qadın 22 il boyunca anasının öldüyünü gizlədib və onun pensiyasını alıb. Anasını axtaranlara isə onun xaricə getdiyini bildirib. Bu illər ərzində qadın 162 min avro pula sahib olub.

Regional proqramlar Göyçay rayonunda uğurla icra edilir

13 Aprel 2018 17:03

Respublikanın digər regionlarında olduğu kimi Göyçay rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. Proqramın icra edildiyi son 14 il ərzində rayonda geniş tikinti, quruculuq və abadlıq işləri aparılıb, yeni istehsal, ticarət və xidmət obyektləri inşa edilib, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Təkcə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları ərəfəsində Göyçayda daxili istehsalı artırıb, məhsul istehsalında əsaslı dərəcədə artım qeydə alınıb.