Gündəm

Bakıda Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı keçirildi

13 Aprel 2018 17:01

Aprelin 13-də "Turan Araşdirma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı, ONN və Olaylar İnformasiya Agentliklərinin dəstəyi ilə Türkiyədə yaşayan həmyerlimiz, içtimai siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə "Xocalı Soyqırımı" adlı dissertasiyaya elmi rəhbərlik etmiş Türk dünyasının dəyərli ziyalısı professor Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problemi kimi" yeni əsərinin təqdimat mərasimi keçirilib. 

“Bağlanan müqavilə ölkəmizdə aparılan uğurlu enerji siyasətinin bariz göstəricisidir”

13 Aprel 2018 16:48

Məlum olduğu kimi Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində “Azərenerji” ASC ilə İranın Enerji İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Müqavilə şərtlərinə görə, rəsmi Bakı Tehrana 160 mVt civarında elektrik enerjisi satacaq.

Strateji Araşdırmalar Mərkəzi: "ATƏT DTİHB qərəzli mövqe tutaraq Azərbaycanda seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb"

13 Aprel 2018 16:48

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qərəzli yanaşmasına dair bəyanat qəbul edib.

Bolqarıstan KİV-i Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticəsindən yazıb

13 Aprel 2018 16:46

Bolqarıstanın nüfuzlu media qurumları olan “Fokus” Xəbər Agentliyi, “Standart” qəzeti, Bolqarıstan Teleqraf Agentliyi 2018-ci ili 11 aprel tarixində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı silsilə xəbər və məqalələr dərc edib.

Mariya Zaxarova ABŞ-ın Qafqazdakı bioloji laboratoriyaları haqda

13 Aprel 2018 16:44

Rusiya ABŞ-ın hərbi strukturlarının postsovet məkanındakı tibbi-bioloji aktivliyini diqqətlə izləyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Türkiyə fövqəladə vəziyyəti yenə uzatmaq istəyir - Yeddinci dəfə

13 Aprel 2018 16:40

Türkiyə parlamenti ölkədə davam edən fövqəladə vəziyyətin yeddinci dəfə uzadılmasını müzakirə edəcək. Məlumata görə, bu qərarın müzakirəsi aprelin 18-ə nəzərdə tutulub. Bir müddət əvvəl Türkiyə baş nazirinin müavini Bekir Bozdağ müddətin uzadıla biləcəyini vurğulamışdı.

Tələbələr Serj Sarkisyanın baş nazir olmasını istəmir

13 Aprel 2018 16:38

Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Dmitri Peskov: "Putin Lavrovla bağlı hələ qərar verməyib"

13 Aprel 2018 16:37

Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində kadr dəyişiklikləri ilə bağlı hələlik heç bir qərar qəbul etməyib. Bunu jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov deyib. Xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən gedəcəyi ilə bağlı suala cavabında isə mətbuat katibi bildirib ki, bu, fərziyyədir və hər hansı nazir dəyişikliyi olarsa, ictimaiyyət bundan dərhal xəbər tutacaq.

“Azərbaycanda saxtakarlıq etməyə heç bir ehtiyac yoxdur” – Deputat

13 Aprel 2018 16:29

"Prezident İlham Əliyev Azərbaycanda sabitliyi, təhlükəsizliyi, inkişafı və böyük beynəlxalq nüfuzu təmin edib. İnanırıq ki, cənab prezident növbəti dövrdə bu keyfiyyətləri daha da inkişaf etdirəcək və ərazi bütövlüyümüzü bərpa edəcək”.

Ermənistanı etiraz dalğası bürüyüb

13 Aprel 2018 16:28

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. “Sarkisyanı rədd edək” cəbhəsi Yerevanda müddətsiz etiraz aksiyası keçirib. Əsas prospektləri bağlayan vətəndaş fəalları Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxıblar.

“Ədalətdən dəm vuran beynəlxalq təşkilatların “ədalət”ini gördük”

13 Aprel 2018 16:27

“Aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyevin qalib gəlməsi Avropanın bəzi siyasi dairələrinin və onların Azərbaycandakı əlaltılarının planlarını sözün əsl mənasında alt-üst edib”. 

Moskvadan şok ittiham: Əlimizdə faktlar var

13 Aprel 2018 16:23

Moskvanın əlində Suriyanın Duma şəhərində ehtimal olunan kimyəvi silah tətbiqinin növbəti tamaşa və bu tamaşada rusofobiya kampaniyasının ön cərgələrində dayanan bir ölkənin xüsusi xidmət orqanlarının əli olması barədə təkzibedilməz faktlar var.

Lütfi Zadənin xatirəsinə həsr edilmiş tamaşaya ictimai baxış keçirildi

13 Aprel 2018 16:20

Aprelin 13-də Azərbaycan Dövlət Gənc Yamaşaçılar Teatrında dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş isveç yazıçısı Fridrix Dürremattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşaya ictimai baxış keçirlib. Tamaşanın rus dilindən Dilsuz Mustafayev tərcümə edib. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.