“Azərbaycanda saxtakarlıq etməyə heç bir ehtiyac yoxdur” – Deputat

"Prezident İlham Əliyev Azərbaycanda sabitliyi, təhlükəsizliyi, inkişafı və böyük beynəlxalq nüfuzu təmin edib. İnanırıq ki, cənab prezident növbəti dövrdə bu keyfiyyətləri daha da inkişaf etdirəcək və ərazi bütövlüyümüzü bərpa edəcək”.

"Prezident İlham Əliyev Azərbaycanda sabitliyi, təhlükəsizliyi, inkişafı və böyük beynəlxalq nüfuzu təmin edib. İnanırıq ki, cənab prezident növbəti dövrdə bu keyfiyyətləri daha da inkişaf etdirəcək və ərazi bütövlüyümüzü bərpa edəcək".

Bu fikri Azadinform-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib. O bildirib ki, Azərbaycan xalqı sabitlik olmadan heç bir demokratiyadan danışmaq olmadığını başa düşür: "Bu sabitliyi də təmin edən şəxsin cənab İlham Əliyev olduğuna şübhə yoxdur. Bir nümunə göstərəcəm. Əgər İŞİD Azərbaycana daxil ola bilmədisə, bu, prezidentimizin xarici siyasətinin nəticəsində baş verdi. Bizim ölkəmiz digər müsəlman dövlətləri kimi İŞİD-in hədəfində olmadı. O səbəblə İlham Əliyevin yenidən prezident seçilməyini müdafiə edir və alqışlayırıq".

"ATƏT, Bolqarıstan və digər beynəlxalq heyətlə görüşəndə mənə deyəndə ki, "deyirlər, saxtakarlıq olacaq" deyirdim məgər, Azərbaycanda saxtakarlığa ehtiyac varmı? Yoxdur axı", - deyən T. Kərimli əlavə edib ki, seçkilərə nə qədər insan gəlir gəlsin, hər kəs öz səsini verib gedir: "Əgər kimsə saxtakarlıq etmək fikrinə düşsə bu əksinə, çox ciddi şəkildə dövlətə ziyan bir şeydir. Saxtakarlıq etməyə heç bir ehtiyac yoxdur. Biz İlham Əliyevin qələbəsinə inanırdıq və nəticə də elə oldu. Azərbaycan həqiqətən də sabitliyə, təhlükəsizliyə və inkişafa səs verdi". 

Millət vəkili hesab edir ki, bundan sonra Azərbaycan çox ciddi nailiyyətlər əldə edəcək: "Bu il və gələn il çox böyük layihələr işə düşəcək. Artıq Azərbaycan ciddi logistika mərkəzidir. Beynəlxalq nəqliyyat şəbəkələri, dəmiryol nəqliyyatları və qaz-neft kəmərləri burdan keçməyə başlayıb. Ölkəmizdə çox sayda sənaye parkları, aqroparklar tikilib. Hər bir yerdə kənd təsərüffatı, qeyri-neft sektoru inkişaf etdirilir. Yeni müəssisələrin yaradılması başa çatmaq üzrədir. Şübhəsiz ki, xalqımız bunun xeyrini görəcək. Ona görə də seçimlərini düzgün istiqamətdə etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31