Mariya Zaxarova ABŞ-ın Qafqazdakı bioloji laboratoriyaları haqda

Rusiya ABŞ-ın hərbi strukturlarının postsovet məkanındakı tibbi-bioloji aktivliyini diqqətlə izləyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"ABŞ-ın postsovet məkanında fəaliyyət miqyası narahatlıq yaradır. ABŞ Pentaqonun maliyyələşdirdiyi proqramlarla Cənubi Qafqaz və Mərkəzi Asiyada mikrobioloji laboratoriyalar şəbəkəsi yaradır. Buna sübut 2013-cü ildə Tiflisdəki Alekseyevka qəsəbəsinə üçüncü səviyyəli bioloji müdafiə laboratoriyasının açılmasıdır. Bu laboratoriya xüsusi təhlükəli xəstəliklərin patalogiyasının eksperimentlərini aparmağa imkan verir. İndi həmin laboratoriya R.Luqar adına Tədqiqat Mərkəzidir", - deyə o bildirib.

XİN rəsmisi əlavə edib ki, Pentaqonun məhz Rusiyanın sərhədlərində genişmiqyaslı tibbi-bioloji fəaliyyəti faktının özü onlarda xüsusi narahatlığa səbəb olur. Virtualaz.org yerli KİV-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31