İqtisadiyyat Nazirliyi qanvermə aksiyası keçirib
Aprelin 13-də İqtisadiyyat Nazirliyi Bakı Biznes Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib. Nazirlikdən “Olaylar”a bildirilib ki, Azərbaycan Talassemiya Federasiyasının xeyirxahlıq missiyasına uyğun olaraq, İqtisadiyyat Nazirliyi "Donor günü" aksiyası keçirib və Nazirliyin əməkdaşları qan veriblər. Qeyd edək ki, artıq ölkəmizdə ənənəyə çevrilmiş qanvermə aksiyasında İqtisadiyyat Nazirliyinin əməkdaşları hər il iştirak edirlər.
13 Aprel 2018 17:14 SosialAprelin 13-də İqtisadiyyat Nazirliyi Bakı Biznes Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Azərbaycan Talassemiya Federasiyasının xeyirxahlıq missiyasına uyğun olaraq, İqtisadiyyat Nazirliyi "Donor günü" aksiyası keçirib və Nazirliyin əməkdaşları qan veriblər. Qeyd edək ki, artıq ölkəmizdə ənənəyə çevrilmiş qanvermə aksiyasında İqtisadiyyat Nazirliyinin əməkdaşları hər il iştirak edirlər.