SAM: "ATƏT DTİHB seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb"

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qərəzli yanaşmasına dair bəyanat qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qərəzli yanaşmasına dair bəyanat qəbul edib.

Məlumata görə, bəyanatda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ATƏT DTİHB, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabat mətnini qərəzli və qeyri-obyektiv hesab edərək Azərbaycan Respublikasına və Azərbaycan vətəndaşlarının azad seçiminə qarşı yönəldilmiş bu növbəti qarayaxma kampaniyasına dərhal son qoymağa çağırır:

"Xüsusilə diqqətinizə çatdırmaq istərdik ki, seçki kampaniyası dövründə qeydə alınmış 8 namizədin hər birinə hüquq bərabərliyi çərçivəsində bütün imkanlar verilib, vaxtilə həm ATƏT Parlament Assambleyasının, həm də Avropa Şurası Parlament Assambleyasının yüksək dəyər verdikləri Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq seçicilərlə azad şəkildə fikir və görüşlərini ifadə etmələri üçün əlverişli platforma yaradılıb. Bundan başqa, seçkilərdə iştirakdan imtina edən bütün siyasi təşkilatların da demokratik hüquqlarına, o cümlədən sərbəst toplaşma azadlığı hüququna geniş təminat verilib. Belə ki, həmin siyasi qüvvələr heç bir maneə və təzyiqlə üzləşmədən iki dəfə mitinq keçirib, öz tələblərini azad şəkildə ifadə ediblər".

Qeyd olunub ki, Azərbaycanda prezident seçkiləri bir sıra beynəlxalq təşkilatların, bütövlükdə 60 mindən çox yerli və beynəlxalq müşahidəçinin diqqət mərkəzində olub. Eyni zamanda, seçki məntəqələrində quraşdırılmış yüzlərlə veb-kamera vasitəsilə seçki prosesini birbaşa izləmək üçün geniş imkanlar da yaradılıb. Məhz həmin çoxsaylı müşahidəçilər prezident seçkilərinin ədalətli, şəffaf və tamamilə demokratik prinsiplər əsasında keçirildiyini bildirdikləri halda, yuxarıda adları çəkilən Avropa qurumlarının müşahidə missiyası tamamilə fərqli, açıq şəkildə qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31